Niqmatilla Yuldoşev: Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirəcəyik VİDEO
Bakı, 20 iyul, AZƏRTAC
Bu gün mənə təqdim olunan "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı gələcəkdə iki dövlətin prokurorluq orqanları arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramının imzalanması mərasimində çıxışı zamanı deyib.
“Biz, ilk növbədə, nəcib xalqlarımızın, eləcə də möhtərəm prezidentlərimizin bizə göstərdiyi etimadı doğrultmaq naminə əməkdaşlığımızı daha da gücləndirəcək və bundan sonra da daha uğurlu nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik", - deyə N.Yuldoşev bildirib.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Nicat Haşımov
Operator - Mirrəsul Cəfərov