Xocalı sakini: Arzumuz doğma torpağımıza qayıtmaq olub VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
İllərin həsrəti ilə gözlənilən qayıdış günü Xocalının Təzəbinə kəndinin sakini Xalıqverdi Musayev üçün də gerçəyə çevrilib. 34 il əvvəl Xocalıdan ayrılmağa məcbur olan keçmiş məcburi köçkün bu gün doğma torpağına qayıtmağın sevincini yaşayır.
AZƏRTAC xəbər verir ki, onun sözlərində uzun illərin nisgili ilə yanaşı, bu günə çatmağın minnətdarlığı da duyulur. “Şükürlər olsun ki, bu gün biz öz vətənimizə qayıdırıq. Prezidentimizə minnətdarıq. Buna görə ona uzun ömür, cansağlığı arzulayıram”, – deyə Xalıqverdi Musayev bildirir.
Onun üçün illər ərzində dəyişməyən ən böyük arzu doğma Xocalıda yenidən yaşamaq olub: “Arzularımız odur ki, öz doğma torpağımıza qayıdaq, orada dinc sakin kimi yaşayaq, yaradaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]