Azərbaycan Dövlət İnformasiya Agentliyi

43 yaşında karyerasını bitirən basketbolçu: Fiziki baxımdan indi də oynaya bilərəm – MÜSAHİBƏ

43 yaşında karyerasını bitirən basketbolçu: Fiziki baxımdan indi də oynaya bilərəm – MÜSAHİBƏ

Bakı, 2 sentyabr, AZƏRTAC

Bir neçə gün əvvəl idmançı karyerasını bitirən Azərbaycan millisinin sabiq basketbolçusu Zaur Paşayev AZƏRTAC-a müsahibə verib.

– Karyeranızı başa vurarkən geridə qoyduğunuz illəri və qazandığınız uğurları necə dəyərləndirirsiniz?

– 43 yaşımda basketbolçu karyeramı başa vurdum. Şadam ki, bu yaşa qədər oynamaq imkanım oldu. Karyeram ərzində müxtəlif uğurlar qazandım. İslam Həmrəylik Oyunlarında, Kiçik Avropa Qitələri Kubokunda, Gürcüstan və Azərbaycan çempionatlarında qalib olmuşam. Bunlar mənim üçün çox dəyərli nailiyyətlərdir. Bundan sonra məşqçilik fəaliyyətinə başlayacağam. Hələlik harada və hansı formada çalışacağım dəqiqləşməyib. Yaxın zamanda bununla bağlı məlumat bəlli olacaq.

– İlk oyununuzu necə xatırlayırsınız? Həm milli, həm də klub səviyyəsində unutmadığınız xüsusi bir qarşılaşma varmı?

– İlk yaddaqalan uğurum 15 yaşımda kişilər arasında Azərbaycan çempionu olmağım idi. Bu, 1998-ci ildə baş verdi. Həmin vaxt yarışlar indiki İdman Sarayında, ozamankı Əl Oyunları Sarayında keçirilirdi. Ən yaddaqalan oyunlarımdan biri isə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilən ilk İslam Oyunlarının yarımfinalında İran millisinə qarşı keçirdiyimiz qarşılaşmadır. Oyunun son saniyələrində hesab 68:68 idi. Cərimə atışından bir xal qazandım. Daha sonra atdığım top səbətə daxil olmadı, lakin top yenidən mənə qayıtdı. İkinci cəhddə iki xal qazandım və komandanı önə keçirdim. Nəticədə həmin oyunda qalib gələrək finala yüksəldik. Finalda Əlcəzair yığması ilə qarşılaşdıq və qalib gələrək 2005-ci ildə keçirilən ilk İslam Oyunlarının çempionu olduq. Bu səbəbdən həmin turnir və xüsusilə İranla yarımfinal görüşü karyeramın ən yaddaqalan anlarındandır.

– Karyeranız ərzində peşman olduğunuz, “kaş ki, bu təklifi qəbul edərdim” dediyiniz məqam olub?

– 2001-ci ildə Kiprdə keçirilən turnirdə iştirak edirdim. Həmin vaxt 17-18 yaşım var idi. Menecer mənə Türkiyəyə getməyi təklif etmişdi. “Efes” klubunun aşağı yaş qruplarında məşqlərə başlayıb, daha sonra əsas komandaya keçməyimi istəyirdilər. Lakin həmin vaxt ailəm çox gənc olduğumu düşündüyü üçün getməyimə icazə vermədi. Buna görə həmin təklifi qəbul edə bilmədim. Daha sonra Gürcüstanda oynadım. Orada 8 mövsüm keçirdim və ölkəyə, komandaya kifayət qədər öyrəşmişdim. Sonradan Kanadadan da təklif aldım. Lakin Gürcüstanda hər şey yaxşı olduğu üçün bu təklifi də qəbul etmədim. Daha yüksək maaş üçün komanda dəyişmək istəmirdim. Orada özümü rahat hiss edirdim və buna görə uzun müddət Gürcüstanda oynadım.

– Bu yaşa qədər basketbolda qalmağınızın əsas səbəbi nə olub?

– Əgər məşqçi-oyunçu kimi yox, yalnız basketbolçu kimi fəaliyyət göstərsəydim, bəlkə də 45 yaşıma qədər oynayardım. İndi də oynaya bilərəm. Sadəcə, artıq düşünürəm ki, kifayətdir. Keçən il də Azərbaycan basketbolçuları arasında MVP seçilmişdim. Ən çox xal toplayan və ən çox məhsuldar ötürmə edən oyunçulardan biri olmuşdum. Yəni fiziki baxımdan indi də oynaya bilərəm. Amma artıq məşqçiliyə başlamağın vaxtıdır. Bu il də oynasam, məşqçilik karyeramın başlaması bir qədər gecikəcək. Ona görə basketbolçu karyeramı başa vurub məşqçiliyə yönəlmək istəyirəm. Ümid edirəm ki, məşqçi kimi də uğurlara imza ataram.

– Məşqçi kimi əsas hədəfləriniz nələrdir? Azərbaycandan kənarda çalışmağı düşünürsünüzmü? Bu istiqamətdə təklifləriniz varmı?

– Hələ məşqçi kimi fəaliyyətə yeni başlayacağam. Düzdür, oyunçu-məşqçi kimi çalışmışam, amma bu, tam olaraq məşqçilik sayılmır. İndi sırf məşqçi kimi fəaliyyət göstərəndən sonra əsas məqsədim xaricdə çalışmaqdır. Mən legioner həyatı yaşamışam və məşqçi kimi də xaricdə işləmək istəyirəm. İnanıram ki, buna da nail olacağam. İlk növbədə məşqçilikdə ilk addımımı atmalıyam. Ondan sonra qarşıma yeni hədəflər qoyacağam.

Müxbir – Aynur Əlixanlı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO