AQTA: Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır.
Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [12:59]
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
- 17.09.2026 [12:29]
® Lənkəranda qızlar üçün “Yango Azerbaijan” təhsil proqramına start verilib
- 17.09.2026 [12:01]
Nazir müavini: 423 məscid və 222 kilsə dövlət mühafizəsinə götürülüb
- 17.09.2026 [11:58]
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
- 17.09.2026 [11:34]