"Universal Energy": Ümid edirik ki, Azərbaycanda daha çox Günəş və külək elektrik stansiyaları tikiləcək VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
“Universal International Holdings Limited” şirkəti olaraq “Qobustan” Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanda həyata keçirdiyimiz ilk layihədir. Azərbaycanla uzunmüddətli müqavilələrimiz var.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Universal International Holdings Limited” şirkətinin layihə üzrə koordinatoru Vang Bin jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, şirkətin Qazaxıstan və Özbəkistanda da layihələri olub və həmin layihələr uğurla yekunlaşdırılıb.
“2024-cü ildə COP29 layihəsi çərçivəsində Energetika Nazirliyinin dəstəyi ilə tender keçirilib. Həmin tenderdə bizim şirkət – “Universal International Holdings Limited” iştirak edib. Təklif etdiyimiz qiymətlər digər iştirakçılardan daha aşağı olduğu üçün şirkətimiz qalib olub və mart ayında tikinti işlərinə başlanılıb. Ümid edirik ki, Azərbaycanda daha çox Günəş və külək elektrik stansiyaları tikiləcək”,- deyə o qeyd edib.
Videooperator – Ceyhun Mustafayev