4-cü Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə 4-cü Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumda karbohidrogen və neft-kimya, bərpaolunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur.
Forum çərçivəsində, həmçinin SOCAR Əliağa terminalına səfər planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan - Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]