Azərbaycan Dövlət İnformasiya Agentliyi

5 YERDƏN ÇƏKİLSİNLƏR, DƏRHAL QAPINI AÇAQ

Türkiyənin nüfuzlu “Hürriyyət” qəzetində həmin mətbu orqanın baş redaktoru Ərtoğrul Özkökün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müsahibəsi dərc edilmişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

5 YERDƏN ÇƏKİLSİNLƏR, DƏRHAL QAPINI AÇAQ

Çırpınırdı Qara dənizdəki Azərbaycan bayrağı

Bakı hava limanına enərkən ilk dəyişikliyi görürəm. Hava limanı “Heydər Əliyev” adına olmuşdur. Amma bu yeganə dəyişiklik deyil. Bu dəfə Bakıda Türkiyəyə qarşı münasibətdə də dəyişiklik vardı. Kimlə söhbət etdimsə, məndən “Ermənistanla sərhədi açacaqsınızmı?” - deyə söruşur.

Mənim gəlişimdən bir gün əvvəl 20–yə yaxın azərbaycanlı jurnalist Naxçıvandan Türkiyəyə gedib. Orada “Ermənistan ilə sərhədin açılmaması” üçün kampaniya keçirirlər. Bəzi müxalifət qəzetləri sərhədin açılacağı təqdirdə Türkiyə səfirliyinin ölkədən çıxarılmasını belə istəmişlər.

Axşam İzmir parkındakı “İzmir” restoranındayıq.

Bir–birindən gözəl səsli müğənnilər səhnəyə çıxır. Proqramın sonunda səhnəyə çıxan bir qadın birdən “Çırpınırdı Qara dəniz” mahnısını ifa etməyə başlayır. Salon bir anda dalğalanır. Azərbaycanlı qadın sənətçi bir əlində Türkiyə bayrağını, o biri əlində isə Azərbaycan bayrağını yelləməyə başlayır.

Mahnının son nəqarətini də belə dəyişdirib:

“Azərbaycan bayrağını

Qarabağa asacağıq”.

Prezident İlham Əliyevlə bu ab-hava şəraitində danışırıq.

Türkiyə səfəri ərəfəsində “Milliyyət” qəzetindən Güneri Civaoğlu ilə mənə müsahibə verməsinin bir səbəbi də, hər halda, Bakıdakı bu həssaslığı Türkiyəyə çatdırmaq idi.

ƏRTOĞRUL ÖZKÖK: Hörmətli Prezident Heydər Əliyevin vəfatı bütün türk dünyası üçün, Azərbaycan və Türkiyə üçün böyük bir itki oldu.

İLHAM ƏLİYEV: Bizim üçün çox böyük bir itkidir. Böyük bir faciədir. Son zamanlarda xəstəlikdən çox əziyyət çəkirdi. Amma yenə də itki ilə barışmaq mümkün deyildir.

- Hörmətli Prezidenti axırıncı dəfə nə vaxt gördünüz?

- Sentyabr ayında.

- Amerikada görüşmüşdünüz.

- Bəli, mən artıq burada Baş nazir idim. Onu ziyarətə getmişdim. İyirmi gündən sonra seçkilər idi. Oradan qayıdan kimi seçki kampaniyasına başladım. Seçkilərdən sonra gedib yenidən görməyi planlaşdırmışdım. Ayın 16-da gedəcəkdim. Amma o, 12-də vəfat etdi.

Artım sürətimiz 11 faizə çatdı

- Bu gəlişimdə Bakının dəyişdiyini gördüm. Çoxlu tikinti var. İqtisadiyyat necə inkişaf edir?

- İqtisadiyyatımız yaxşı yoldadır. Artım sürətimiz 11 faizə çatdı. Azərbaycan kommunist sistemindən çıxıb. Amma bu gün iqtisadiyyatda özəl sektorun payı 74 faizə çatıb. Bu da bazar iqtisadiyyatının bərqərar olduğunu göstərir.

- Neft kəməri sisteminin gedişatından razısınızmı?

- Bakı-Tbilisi-Ceyhan uğurla inşa edilir. O da Heydər Əliyevin əsəridir. Boru xətləri ilə bağlı işlərin gedişatından məmnunam.

- Gürcüstandakı hadisələr neftin nəqli sisteminə təsir göstərərmi?

- Xeyr, təsir etməz.

- İran ərazisindən və ya başqa bir yol axtarışı ola bilərmi?

- Gələcəkdə ola bilər, bu, indinin, sabahın məsələsi deyil. Bəlkə, Azərbaycanda o qədər neft olacaq ki, yeni bir neft kəməri çəkmək lazım gələcəkdir.

Ekoloqlar deyil, erməni lobbisi var

- Layihəyə qarşı çıxanlar susdularmı?

- Bakı-Ceyhan layihəsinin əleyhinə olanlar bu siyasətlərindən əl çəkmədilər. İlk mərhələdə layihəni istəməyən ölkələr açıq-aşkar onun əleyhinə çıxırdılar. İndi isə taktika dəyişmişdir. Ətraf mühiti qoruyanlar adı altında gizlənmiş və erməni lobbisinin təsiri altında olan qeyri-hökumət təşkilatları layihəyə əngəl törətmək istəyirlər.

- Qafqazdakı hadisələri necə görürsünüz? Sovetlər Birliyinin dağılmasından sonra regionda üç güclü lider vardı: Türkiyədə Dəmirəl, burada Heydər Əliyev, Gürcüstanda Şevardnadze. Onların sayəsində həmin böhranlı dövr itkisiz-fəsadsız keçdi. Amma indi hər üç ölkədə üç təcrübəsiz lider var. Problem yarana bilərmi?

- Təəssüf ki, bölgəmizdə qeyri-sabitlik var. Bölgəmiz çox iztirab çəkdi. Bu gün də Qafqaz elə bir həssas bölgədir ki, kiçicik səhv bir addım böyük fəlakətlərlə nəticələnə bilər. Doğru söylədiniz, bu bölgədə çox güclü liderlər vardı. Onların birliyi, dostluğu, şəxsi münasibətləri çox mühüm rol oynayırdı. Artıq bu liderlər yoxdur. Biz gənc liderlərin o ənənələri yaşadacağına ümid edirəm.

Kiprdən sonra Qarabağ olmamalıdır

- Hörmətli Prezident, son günlərdə tez-tez bu nəzəriyyəni eşidirik. Kipr problemi həll edilir, bundan sonra növbə Fələstin-İsrail və Qarabağ münaqişəsinin həllinə çatacaq və Sizə olan təzyiqlər artacaq. Bu fikirlə razısınızmı?

- Mən bu məsələdə paralellik görmürəm. Azərbaycana həmişə təzyiqlər olubdur. Amma bizə təzyiq göstərilməsi düzgün bir hərəkət deyil. Çünki münaqişənin mənbəyi biz deyilik. Ermənistan bizim torpaqlarımızı işğal etdi. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuz hələ də işğal altındadır. Bu işğal nəticəsində Dağlıq Qarabağdan 40 min, onun ətrafındakı 7 bölgədən 700 min azərbaycanlı köçmək məcburiyyətində qaldı.

- Başqa qaçqınlar da varmı?

- Təbii, Ermənistanda yaşayan 250 min azərbaycanlı da köçmək məcburiyyətində qaldı. Özbəkistandan köçən 20-50 min Axıska türkü var. Yəni, Azərbaycanda bu gün 1 milyondan çox qaçqın-köçkün var.

- Bu münaqişə həll edilməyəcəkmi?

- Bu problemlə məşğul olan böyük dövlətlər, ATƏT və Minsk qrupu məsələyə beynəlxalq hüquq normaları baxımından yanaşmalıdırlar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

- Dağlıq Qarabağdakı ermənilər necə olacaq? Onlar da öz müqəddəratlarını təyin etməkdən danışırlar.

- Ermənilərin artıq müstəqil Ermənistan dövləti var. Amma ermənilər yaşadıqları hər yerdə öz müqəddəratını təyin etmək prinsipindən danışarlarsa, o zaman Fransada, Gürcüstanda, Amerikada yaşadıqları hər yeri Ermənistan təyin etməyə cəhd edə bilərlərmi?

- Buradan Ermənistana müraciət etməniz lazım olsa, münaqişənin həllinə dair çox konkret ifadələrlə nə təklif edərsiniz?

- Çox açıq ifadə edim: Birincisi, biz bu hadisələri de-fakto kimi əsla qəbul etməyəcəyik. O torpaqlar heç vaxt Ermənistanın bir hissəsi olmayacaq, orada müstəqil bir erməni respublikası da yaranmayacaqdır.

- Bu çox qəti və barışmaz bir mövqe deyilmi? Heç olmazsa, danışıqlara başlamaq üçün bir az daha konstruktiv olmaq lazım deyilmi?

- Konstruktiv bir təklifimiz də var.

- Nədən ibarətdir?

- Deyirik ki, ilk mərhələdə işğal etdikləri rayonlardan çəkilsinlər, dərhal danışıqlara başlayarıq. Dəmir yolunu dərhal açarıq, qapılar açılar. İqtisadi əlaqələr başlayar. O vaxt Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılması da mümkün olar.

Qarabağa ən yüksək muxtariyyət verərik

- Dağlıq Qarabağdakı ermənilər necə olacaq? Onların fərqli bir vəziyyəti yoxmu?

- O məsələdəki təklifimiz də belədir: Dağlıq Qarabağdakı ermənilərə müstəqillikdən kənarda ən yüksək status nədirsə, onu verməyə hazırıq.

- Nə kimi status?

- Məsələn, dünyanın müxtəlif yerlərindən milli azlıqlar, muxtariyyətlər var. Muxtariyyətin ən yüksək səviyyəsi, ən geniş şəkli hansıdırsa, onu verməyə hazırıq.

Təzyiq var deyə, milli məsələdən əl çəkmək olmaz

- Hörmətli Prezidentim, son illərdə Azərbaycan ictimaiyyətində Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılması məsələsində bir həssaslıq var. Türkiyə bu sərhədi açmağa hazırlaşır deyən azərbaycanlılar buna etiraz edirlər. Nədir bu?

- Bu, Türkiyənin daxili məsələsidir. Bizə bu günə qədər Türkiyədən rəsmi məlumat gəlməmişdir. Buna görə də mənim bir söz deməyim düzgün olmaz.

- Türkiyə bu sərhədi açarsa, buna münasibətiniz necə olacaq?

- Təbii ki, Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vururlar. Prezidentimiz Heydər Əliyev bunu dəfələrlə söyləmişdir: Biz bir millət, iki dövlətik. Buna görə belə bir şeyin olacağını ehtimal etmirəm. Eyni zamanda, ermənilərin iddiaları, sadəcə, bizim torpaqlarımızla bağlı deyildir. Türkiyə ilə də bağlı iddiaları var. İqtisadi əlaqələr yaxşıdır, amma tarix də var. Tarixi də nəzərə almaq lazımdır. Belə bir şeyin gerçəkləşməsi Azərbaycan xalqında da dərin təəssüf hissi yaradar.

- Amma Türkiyə Avropa Birliyinə daxil olmağa hazırlaşır və bu sərhədin açılması da mühümdür. Türkiyə Kipr məsələsində də addımlar atır.

- Türkiyəyə təzyiqlər göstərildiyini bilirik. Türkiyənin Avropa Birliyinə daxil olmasını biz də bütün gücümüzlə istəyirik. Amma Türkiyə böyük dövlətdir. Təzyiq göstərilməsi milli məsələdən əl çəkməyi zəruri etməz. Müzakirələr hələ başlamayıb, bu müzakirələr başlayarsa, nə qədər vaxt aparacaq, bir ilmi, beş ilmi?

Bakıdakı ermənilər kişilərimizin

həyat yoldaşlarıdır

- Ermənistan Prezidenti ilə birbaşa əlaqəniz yoxdurmu?

- Bir dəfə görüşdük.

- Məsələn, Prezident olduqdan sonra Sizi təbrik etdimi?

- Xeyr.

- Heydər bəyin vəfatından sonra başsağlığı göndərdimi?

- Bəli, teleqram göndərmişdir.

- Ermənistanın da əhalisi azalır, insanlar oradan qaçıb gedirlər.

- Amma erməni lobissi qalır. Ermənistana, sadəcə, bir ölkə kimi baxmamalıyıq. Erməni diasporu çox güclüdür.

- Azərbaycanda heç erməni qalmadı, elə deyilmi?

- Bakıda 20 mindən çox erməni var. Onlar, əsasən, azərbaycanlı kişilərin həyat yoldaşlarıdır.

- Bəs, ermənilərə ərə gedən azərbaycanlı qadınlar varmı?

- Çox az var. Keçmişdə çox nadir hallarda olmuşdur.

Bizdə islami hərəkat yoxdur

- Azərbaycanda islami hərəkat varmı, güclüdürmü?

- Xeyr, bu məsələ bizdə yoxdur. Bizim cəmiyyətimiz çox xoşməramlıdır.

- Xristian əhali nə qədərdir?

- Burada əhalinin 5-6-7 faizi xristiandır.

- Yəhudi də varmı?

- 100 minə qədər ola bilər.

- Türkiyədəkindən daha çoxdur...

- Burada yəhudilər həmişə çox olublar. Sovet dövründə də, indi də. Onlar rahat yaşayırlar.

- Burada qalan ruslar həyatlarından razıdırlarmı?

- Zənn edirəm ki, razıdırlar, razı olmasalar gedərdilər. Bizim onlarla münasibətlərimiz çox müsbətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir