73 yaşında ana olan qadının əri infarkt keçirdi
Bakı, 6 sentyabr, AZƏRTAC
Hindistanın cənubundakı Andhra Pradeş ştatında 73 yaşında bir qadın süni mayalanma yolu ilə hamilə qalıb və əkiz qız uşağı dünyaya gətirib. Bundan sonra onun 82 yaşlı əri infarkt diaqnozu ilə xəstəxanaya çatdırılıb.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, hazırda ana və əkizlərin sağlamlıq vəziyyəti yaxşıdır. Qeyd olunub ki, Manqayamma Yaramati adlı qadın və əri həyatları boyu uşaq arzusu çəkiblər. Qadının əri Sitarama Rajarao bildirib ki, o, həddindən çox xoşbəxtdir. Onun xəstəxanaya düşməsinin məhz sevincdən olduğu bildirilir. Ahıl cütlük əkizlərin dünyaya gəlməsini həyatlarının ən xoşbəxt anı olduğunu da deyiblər.
2016-cı ildə Hindistanda Daljinder Kaur adlı 70 yaşındakı qadın da süni mayalanma nəticəsində bir uşaq dünyaya gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]