MƏDƏNİYYƏT
Azərbaycan “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək VİDEO
Bakı, 24 mart, AZƏRTAC
“Eurovison-2015” mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrin yarımfinalda çıxış ardıcıllığı açıqlanıb.
AZƏRTAC müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi səhnəyə 11-ci çıxacaq.
İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belə sıralanıb- Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan.
İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək- Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.
İlk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-nə reallaşacaq.
Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.