Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Romada “Azərbaycan: mədəniyyət, cəmiyyət və iqtisadiyyat” mövzusunda konfrans keçirilib VİDEO

Roma, 2 iyul, AZƏRTAC

Azərbaycan-İtaliya Assosiasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və İtaliyanın Coğrafiya Cəmiyyətinin (ICC) birgə təşkilatçılığı ilə Romada “Azərbaycan: mədəniyyət, cəmiyyət və iqtisadiyyat” mövzusunda konfrans keçirilib.

Tədbirin moderatoru, Roma Tor Verqata Universitetinin aparıcı tədqiqatçısı Simone Bozzato Azərbaycan ilə İtaliya arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, münasibətlərimizin dərinləşməsində hər iki ölkənin parlamentlərində fəalliyyət göstərən dostluq qruplarının xidməti böyükdür. Tədbir ölkələrimiz arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan münasibətlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Konfransın təşkilatçılarına minnətdarlığını bildirən Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli ICC-nin nümayəndələrinin Azərbaycana səfərini xatırladıb. Bildirib ki, səfər çərçivəsində ölkəmizdə mövcud olan multikulturalizm və dini birgəyaşayış kimi önəmli məsələlərə xüsusi diqqət ayrılıb.

Azərbaycanda multikulturalizm dəyərlərinin dərin köklərə malik olduğunu deyən A.Kərimli diqqətə çatdırıb ki, uzun əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh və dostluq şəraitində yaşayıblar. Dünyada dini və etnik toqquşmaların tüğyan etdiyi bir zamanda Azərbaycan məhz bu baxımdan model ölkə ola bilər.

Bakıda yüksək səviyyədə keçirilən ilk Avropa Oyunları barədə məlumat verən deputat qeyd edib ki, müxtəlif ölkələri təmsil edən 6 min atleti bir araya gətirən bu Oyunlar Azərbaycan üçün qürur mənbəyi oldu. Azərbaycan bu tədbirin ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarından istifadə etdi. Təəssüf ki, Oyunlar ərəfəsində Azərbaycan Avropanın, o cümlədən İtaliyanın bir sıra media qurumları tərəfindən qarayaxma kampaniyasına məruz qaldı. “Bu amil bizi çox təəccübləndirir. Çünki Avropanın, eləcə də İtaliyanın Azərbaycan ilə çox yaxşı diplomatik, siyasi, iqtisadi və mədəni əlaqələri mövcuddur. Əminik ki, bir neçə media strukturunun bu münasibəti bizim dərin dostluq əlaqələrimiz olan İtaliyanın ümumi mövqeyini əks etdirmir”, - deyə o əlavə edib.

Azərbaycanın sürətli iqtisadi inkişafından danışan İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sercio Divina ölkəmizin tərəqqisinin göz qabağında olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan son illər bir sıra mötəbər tədbirlərə ev sahibliyi edir. Bu sırada “Eurovision-2012” mahnı müsabiqəsi və ilk Avropa Oyunlarını xüsusi vurğulamaq olar. Əminik ki, Azərbaycan bundan sonra da mühüm uğurlara imza atacaq.

S.Divina diqqətə çatdırıb ki, Azərbaycanda qədimliklə müasirliyin vəhdət təşkil etməsi paytaxt Bakıya gələnlərin marağına səbəb olur. Bu şəhərin müasirləşməsi qədim tarixi abidələrin qorunması kontekstində həyata keçirilir. Bu yaxınlarda Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın necə güclü bir ölkə olduğunu bütün dünyaya bir daha sübut etdi. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənməsi istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik.

Roma şəhər meriyasının nümayəndəsi xanım Simonetta Dominici çıxış edərək Azərbaycanda son illərdə müşahidə olunan sürətli inkişaf prosesindən danışıb. Diqqətə çatdırıb ki, bu ölkə artıq mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrilib. Şübhəsiz, Azərbaycanın gələcəkdə müvafiq istiqamətdə önəmi daha da artacaq. Zəngin mədəni irsə malik olan Azərbaycanın digər ölkələrin mədəni dəyərlərinə də hörmətlə yanaşması təqdirəlayiqdir. Azərbaycan hökumətinin dəstəyi ilə İtaliyada bir sıra tarixi abidələrin bərpasına yardım göstərilməsi və birgə həyata keçirilən digər mədəni layihələr bu baxımdan xüsusi önəm kəsb edir.

Sonra tədbir “Müasir ssenaridə Azərbaycanın mövqeyi” mövzusunda sessiya ilə davam etdirilib. Bölmə iclasında qlobal arenada ölkəmizin rolunun möhkəmlənməsi, Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olan ölkəyə çevrilməsi və beynəlxalq məsələlərin həllində fəal iştirakı diqqət mərkəzində olub. Eyni zamanda, çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin tarixi, səbəbləri və nəticəsi ilə bağlı məlumat veriblər. Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində bu ölkənin torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Növbəti sessiyada ICC-nin nümayəndələri Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, bu ölkədəki multikultural mühit təqdirəlayiqdir. Bu önəmli bəşəri dəyəri Azərbaycan təcrübəsində öyrənmək və digər ölkələrdə tətbiq etmək yaxşı nəticələr verə bilər.

Sonda İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kasaqrande ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcək qalib layihələrin müəllifləri olan italiyalı tələbələri elan edib. Onlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən mükafatlandırılıblar.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Romada “Azərbaycan: mədəniyyət, cəmiyyət və iqtisadiyyat” mövzusunda konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub