REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində “Taleyin oyunu” VİDEO
Qusar, 16 oktyabr , Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarnı yeni səhnə əsəri ilə sevindirib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da teatrın yaradıcı kollektivi Rəvan Tohidoğlunun ssenarisi əsasında hazırlanan “Taleyin oyunu” tamaşasının premyerasını keçirib. Səhnə əsərində günümüzün aktual problemləri olan narkomanlıq və xəyanətlə qarşılaşan dörd müxtəlif ailənin həyatı canlandırılır.
Tamaşanın quruluşçu rejissoru əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Fərhad Xəlilovdur. Tamaşada 15-ə yaxın aktyor rol alıb.
Qusar şəhər Mədəniyyət Evində təqdim olunan əsər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Teatrın direktoru Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, kollektiv yeni tamaşanı rayonun kəndlərində də təqdim edəcək.