MƏDƏNİYYƏT


Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsinin təmsilçisi Səmra Rəhimli finala vəsiqə qazanıb VİDEO

Stokholm, 11 may, AZƏRTAC

Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli Avropanın nüfuzlu yarışmasının finalına vəsiqə qazanıb.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, müsabiqədə ölkəmizin təmsilçisi Səmra Rəhimli Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduqları “Miracle” mahnısını ifa edib.

Səhnə tərtibatının müəllifi Royn Söderluntdur. O, həmçinin Azərbaycanın 2009-cu ildəki səhnə tərtibatının da rejissoru olub. Təmsilçimizin ifası 4 bek vokalçı rəqqasın çıxışı ilə müşayiət olunub. Builki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” süjeti üzərində qurulub. Təmsilçimizə yardımçı olan arxadakı ifaçılar Cesika Marberqen, Vera Prada 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalla eyni səhnəni bölüşüblər.

Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. Musiqinin sözləri nağılı xatırlatsa da sonda dramatik ayrılıq müşahidə olunur.

Mahnının bəstəkarı Amir Ali “Eurovision”da iştirak edən Aleksandr Ribak, yunanıstanlı Helena Paparizu və digərlərinə qələbə qazandıran musiqilərin də müəllifidir.

Azərbaycan təmsilçisi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib.

Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Səmra Rəhimli “Eurovision-2016” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur.

Jurnalistlər və bu müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş fanlar təmsilçimizin finalda şansını yüksək qiymətləndirirlər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra Rəhimli pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır.

Səmra Rəhimli “Səs Azərbaycan” müsabiqəsindən sonra daha da məşhurlaşıb. Təmsilçimiz bir sıra mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edib, mükafatlara layiq görülüb. Səmra Rəhimli “Səs Azərbaycan” layihəsində dördüncü yerə sahib olub və İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən aparılan daxili seçim turunun nəticələrinə əsasən, ölkəmizi bu mötəbər yarışmada təmsil etmək hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.