ADA Universitetində fəaliyyət göstərən tələbə klublarının ilk sərgisi keçirilib VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
ADA Universitetində fəaliyyət göstərən tələbə klublarının ilk sərgisi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, hər bir klub xüsusi stendlə təmsil edilərək öz fəaliyyətini əks etdirən broşür və digər məlumatlandırıcı materiallar sərgiləyib.
Süni İntellekt, maliyyə, incəsənət, idman və digər istiqamətlər üzrə fəaliyyət göstərən klubların üzvləri burada təhsil alanların tələbə həyatını daha fəal keçirmələri üçün dərsdənkənar tədbirlər təşkil edirlər. Həmin tədbirlər sırasında xeyriyyə kampaniyalarını, idman və intellektual yarışları qeyd etmək mümkündür.
Qeyd edək ki, hazırda ADA Universitetində 50 tələbə klubu fəaliyyət göstərir. Həmin klublar vasitəsilə yerli tələbələrlə yanaşı, xarici tələbələr də tədbirlər təşkil edərək buradakı tələbə həyatını daha da rəngarəng edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [18:18]
Beynəlxalq Muzeylər Gününə həsr olunmuş seminar
- 17.05.2026 [17:38]
WUF13 və Azərbaycanın elmi potensialı
- 17.05.2026 [06:00]
Bu gün 23 mindən çox bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
- 16.05.2026 [22:46]
BDU-da “Turan” ansamblının mühazirə-konserti təşkil olunub
- 16.05.2026 [19:33]