Ağdamda ağacəkmə aksiyaları çərçivəsində 6500 ting əkiləcək
Ağdam, 17 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində Ağdam rayonunda 6500 ağac əkiləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 16-da rayonun girişindəki Bayraq Meydanı ərazisində və Soltanbud meşəsində keçirilən aksiyada min ədəd ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Ağac əkini kampaniyası 2018-ci ilin may ayınadək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]