Ağsuda qətl hadisəsi baş verib
Ağsu, 13 dekabr, AZƏRTAC
Sabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib.
AZƏRTAC-ın bölgə müxbirı xəbər verir ki, hadisə Ağsunun Padarqışlaq kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayonunun Balvar kənd sakini 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndinə qonaq gəlib. Bu zaman qonaqla qohumlar arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə zəminində Sabirabad sakini Dərgahlı Məmmədkərim bir neçə bıçaq xəsarəti alıb. Ətrafdakıların köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Dərgahlı Məmmədkərim xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2026 [10:02]
Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb
- 11.05.2026 [04:33]
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır
- 10.05.2026 [23:19]
WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub VİDEO
- 10.05.2026 [23:11]
Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub VİDEO
- 10.05.2026 [22:58]