Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır
Ankara, 11 may, AZƏRTAC
Türkiyənin xəbər agentlikləri, televiziya kanalları və xəbər portalları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü geniş şəkildə işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media qurumları geniş auditoriyanı Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti barədə məlumatlandırıb. Materiallarda Heydər Əliyevin Azərbaycanın çətin dövrlərdən çıxarılmasında tarixi rolu xüsusi vurğulanıb, onun prioritetlərindən birinin Türkiyə və Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi olduğu diqqətə çatdırılıb.
Müasir müstəqil Azərbaycanın memarının xatirəsini ehtiramla yad etmək üçün Bakıdakı Fəxri xiyabana axın edən vətəndaşların çəkilmiş foto və videomaterialları da təqdim olunub.