Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
Bakı, 11 may, AZƏRTAC
Almaniyanın Münxen şəhərində parataekvondo üzrə Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajzak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.
Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün paralimpiyaçı finala vəsiqə qazanıb.
Finalda isə israilli paralimpiya çempionu Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2026 [17:18]
Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir
- 11.05.2026 [16:53]
Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal
- 11.05.2026 [14:18]
Qazaxıstanlı velosipedçi: Ən çətin hissə üzü yoxuşa qalxmaq idi
- 11.05.2026 [13:41]
"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb
- 11.05.2026 [12:35]
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər
- 10.05.2026 [23:44]