Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əhməd bəy Ağaoğlu – üç dövlətin vəkili

Bakı, 1 oktyabr, AZƏRTAC

2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 10-da imzaladığı “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində ölkəmizdə müxtəlif konfranslar, simpoziumlar təşkil edilir. Əməkdar jurnalist Qabil Mehdiyev “Əhməd bəy Ağaoğlu - üç dövlətin vəkili” məqaləsində görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alimin həyat və fəaliyyətinə nəzər salır. AZƏRTAC məqaləni təqdim edir.

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Azərbaycanın qədim torpağı olan Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. Əhməd bəyin babası Mirzə İbrahim Şuşanın məşhur alimlərindən sayılırdı. Əmisi Mirzə Məhəmməd də o dövrün tanınmış ziyalılarından idi.

Əvvəlcə Şuşada, ardınca Tiflisdə liseyi bitirən Əhməd bəy Ağaoğlu 1887-ci ilin avqustunda ali təhsil üçün Sankt-Peterburqa yollanıb. Orada bütün imtahanları uğurla versə də, cəbr müəllimi onu yəhudi hesab etdiyi üçün qiymətini kəsir və haqsızlıq nəticəsində Texnologiya İnstitutuna qəbul oluna bilməyib. Bu hadisədən sonra təhsilini Rusiyada deyil, Parisdə davam etdirmək qərarına gəlib və çox keçmədən Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinin tələbəsi olub. Eyni zamanda, Ali Təcrübi Tədqiqatlar Məktəbində dövrün tanınmış alimlərinin mühazirələrinə qatılıb.

Parisdə təhsilini başa vuran Əhməd bəy 1894-cü ildə İstanbula yollanıb və orada “İttihad və Tərəqqi”nin orqanı olan “Şurayi-Ümmət” qəzetində məqalələri dərc edilib. Burada 6 ay yaşadıqdan sonra atasının Şuşada vəfat etməsi xəbərinı alan Əhməd bəy Qafqaza qayıdıb. Bir müddət Tbilisidə yaşayıb və gimnaziyada fransız dilini tədris edib, eyni zamanda, “Kafkaz” qəzetində məqalələri dərc olunub. 1896-cı ildə doğma Şuşa Real məktəbinə fransız dili müəllimi təyin olunub.

Paris və İstanbuldan sonra o, ömrünün üç ilini doğma Şuşada keçirib, həmyerlilərini birləşdirməyə, onların milli şüurunu oyatmağa çalışıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışmaqla yanaşı, dini mövhumata qarşı da ciddi mübarizə aparıb. Buna görə də öz doğma şəhərində onu əvvəlki kimi Əhməd bəy deyil, “Firəng Əhməd” deyə tanıyıblar.

1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb və “Kaspi” qəzetinin əsas müəlliflərindən biri və redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əlimərdan bəy Topçubaşovla sıx əməkdaşlıq edib. Jurnalistika ilə yanaşı, müəllimlik fəaliyyətini də davam etdirən Əhməd bəy, Bakı məktəblərindən birində fransız dilinin tədrisi ilə də məşğul olub.

Aktiv ictimai-siyasi fəaliyyətinə görə, Bakı Şəhər İdarəsinə üzv seçilib. İlk əsəri olan “Axund və İslam”ı da elə həmin vaxtlarda qələmə alıb. İlk kitabı olan “Jenşina po islamu i v islame” (“İslama görə və islamda qadın”) rus dilində Tbilisidə 1901-ci ildə işıq üzü görüb. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi “Həyat” qəzetini Əli bəy Hüseynzadə ilə birgə buraxmağa başlayan Əhməd bəy 1906-cı ildə “İrşad” qəzetini, bir il sonra isə rus dilində “Tərəqqi” (“Proqress”) qəzetini nəşr etdirib.

1905-ci ildə ermənilərin “Daşnaksutyun” terror təşkilatının Azərbaycan xalqına qarşı amansız divan tutmasından və Rusiya imperiyasının buna biganəliyindən hiddətlənən Əhməd bəy Sankt-Peterburqa gedərək müsəlmanların müdafiəsi üçün çıxış edib. Lakin imperiya məmurlarının ermənipərəst mövqeyindən daha da hiddətlənərək Bakıya qayıdıb. “Fədai” cəmiyyətinin yaradılması təşəbbüsü ilə çıxış edən Əhməd bəy 1906-cı ilin fevral-mart aylarında Tbilisidə Qafqaz canişini İ.İ.Voronstov-Daşkovun sədrliyi ilə keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycanı fəal şəkildə təmsil edib. Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində qeyd edib ki, Əhməd bəy həmin görüşdə tutarlı faktlar və ittihamlarla erməniləri susdurur. Günlərlə xalqının müdafiəsi uğrunda mübarizə aparan Əhməd bəyin başı keçirdiyi əsəb və stresdən gicəllənir və onu sarayın başqa otağına aparırlar. Özünə gəldikdən sonra yenidən toplantıya qayıdıb çıxışına davam edir.

Danışıqların fayda vermədiyini görən Əhməd bəy, ermənilərə elə onların öz üsulları ilə cavab verməyi qərara alır. Bu məqsədlə də 1906-cı ilin oktyabrında gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” - “Difai”ni yaradır. “Difai”nin qurulmasında əsas məqsəd azərbaycanlıları ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq idi. Azərbaycanlılara qarşı terror həyata keçirən erməni silahlıları və onlara şərait yaradan rus məmurlarını susdurmaq yolunda kifayət qədər uğurla fəaliyyət göstərən “Difai” tezliklə ermənilərin və Rusiya imperiyasının əsas hədəfinə çevrilir. Bu fəaliyyətinə görə çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib.

Əhməd bəyin Azərbaycan xalqı üçün ermənilərə qarşı apardığı mübarizə onun İstanbula gedişindən sonra da davam edir. “Tərəqqi” qəzeti Üzeyir Hacıbəylinin rəhbərliyi ilə nəşrini davam etdirirdi. Ermənilər isə özümüzdən olan havadarlarının köməyi ilə Əhməd bəydən qisas almaq üçün onun əleyhinə təbliğat aparmaqda idilər.

Əhməd bəy Ağaoğlunun kölgəsini qılınclayanlara cavab olaraq, Üzeyir Hacıbəyli “Tərəqqi” qəzetinin 1908-ci il 24 avqust tarixli nömrəsində yazırdı: “Əcəba, Əhməd bəy nə iş görübdür ki, ondan camaata zərər gəlsin? Əhməd bəy o adamlardan deyilmi ki, camaatın ən müşkül və qorxulu bir halında, yəni erməni-müsəlman cafieyi-mənhusəsində mərdü-mərdanə döşünü gərib qılıncdan kəskin bir müəssir qələmlə üzərimizə olan hücumları dəf edirdi. Bu yolda onun bir nəfər də olsun köməkçisi yox idi...”

Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsilə Istanbulda “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulub. Elə həmin il Osmanlı imperiyasının Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə “İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il ərzində İstanbulda fransızca “Jeune Turc” (Gənc Türk) və türkcə “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib. Həmin dövrdə Ziya Gökalp, Yusif Akçura, Məhəmmədəmin Yurdaqulla bərabər “Türk Ocağı”nı qurub. 1910-1914-cü illərdə “Xalqa doğru”, “Siratül-müstəqim”, “Türk Yurdu” kimi mətbuat orqanlarında çıxış edib. 1911-1912-ci illərdə İstanbul Universitetində “Türk mədəniyyəti tarixi” kafedrasının müdiri olub. 1915-ci ildə Afyonkarahisardan millət vəkili seçilib. Həmin il “İttihad və Tərəqqi”nin Ümumi Mərkəzinin üzvü olub və İstanbulda yaradılan “Rusiya Türk-Tatar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi üzrə Komitə”yə daxil olub.

Əhməd bəy Ağaoğlu Türkiyədə yaşasa da, doğma Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. 1915-ci ildə o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edib. 1917-ci ildə Əlibəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə ABŞ prezidenti V.Vilsona təqdim edilən və Rusiya imperiyasında türk xalqlarının dözülməz vəziyyətindən söz açan müraciəti imzalayıb.

1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması nə qədər qürürverici olsa da, həmin illərdə bolşeviklərin dəstəyi ilə erməni daşnakları respublikamızın bir çox bölgəsini, eləcə də Bakını işğal edib azərbaycanlıları qəddarcasına qırmaqda idilər. Gənc müstəqil respublikanın öz ordusunun olmaması xalqımızı çətin hala salmışdı. Belə taleyüklü məsələdə Osmanlı qardaşlarımız yeni hökumətimizin səsinə səs verərək, Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdi. Həmin orduda siyasi müşavir olaraq, Əhməd bəy Ağaoğlu da Vətənin harayına gələnlər arasında idi. Azərbaycan hökumətində yaranan fikir ayrılığını aradan qaldırmaq üçün səylər göstərən Əhməd bəy Ağaoğlu 1918-ci ildə Gəncədə “Türk sözü” qəzetini təsis etməyə və qəzetin 2 nömrəsini çap etdirməyə müvəffəq olub. Sonra isə Qafqaz İslam Ordusu ilə birgə Bakının xilası üçün yollanıb. Bakı işğaldan azad edildikdən sonra Vətəndə qalan Əhməd bəy Ağaoğlu 1918-ci ilin dekabrında yaradılan Azərbaycan parlamentinə Qarabağdan millət vəkili seçilib.

Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyətini təsdiq edən Mündros sazişindən sonra Əhməd bəy Ağaoğlu Azərbaycanın mövcudluğunu qorumaq üçün Ənzəlidəki ingilis komandanlığı ilə danışıqlar aparan nümayəndə heyətinə başçılıq edib. Azərbaycanda vəziyyət nisbətən sabitləşdikdən sonra İstanbuldakı evinin yanması, ailəsinin küçədə qalması xəbərini alan və Türkiyəyə dönən Əhməd Ağaoğlu tezliklə Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində Fransa paytaxtına yollanmalı idi...

1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanıdılmasına nail olmaq üçün Paris sülh heyətinə daxil edilib. Lakin hələ 1905-ci ildən başlayaraq, Ağaoğluna kin bəsləyən ermənilər İstanbulda onun yolunu ingilislərin əli ilə kəsirlər. Burada həbs edilən Əhməd bəy qısa müddət İstanbul həbsxanasında saxlandıqdan sonra, Osmanlı imperiyasının bir çox vətənpərvər paşaları ilə birlikdə Maltaya sürgün edilir. Maltada əsir həyatı yaşadığı iki il müddətində “Üç mədəniyyət” və “Könülsüz olmaz” əsərlərini qələmə alır.

Osmanlı imperiyasının süqutundan sonra yaranan Türkiyə Respublikası Maltadakı vətəndaşlarını ingilis əsirlərlə dəyişir. Həmin əsirlər arasında Əhməd bəy Ağaoğlu da var idi. Maltadan İtaliyaya yollanan Əhməd bəy, o vaxt Azərbaycana rəhbərlik edən Nəriman Nərimanova Romadan məktub yazaraq Azərbaycana qayıtmaq, xalqa xidmət etmək istəyini bildirir. Məktubun cavabında Nərimanov onu yüksək vəzifəyə dəvət edir. Lakin Nərimanovdan cavab məktubu alan zaman Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu sovet rejiminin tam mahiyyətini anladığı üçün Nərimanova bu dəfə fərqli məktub göndərir. Nəriman Nərimanova yazdığı cavab məktubunda Azərbaycana yox, Türkiyəyə dönməsi zərurətini aşağıdakı səbəblərlə əsaslandrır:

1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.

2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.

3. Məni əsarətdən qurtararaq, mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim, mənim üçün bir namus borcu olması fikri.

Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır.

Məktubunun sonunda isə yazırdı: “Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir!”

Yeni qurulan Türkiyə hökumətində Mustafa Kamal Atatürk Əhməd bəyə böyük etimad göstərir. İlk dəfə görüşdükləri halda həmyerlimiz haqda Atatürkdə yüksək təəssürat yaranır. Əhməd bəy Ağaoğlu 1921-ci ildə Mətbuat üzrə ümumi müdir vəzifəsinə təyin edilir və qurtuluş savaşının təbliğatçılarından birinə çevrilir.

1923-cü ildə Türkiyənin əsas nəşri olan “Hakimiyyəti-milliyyə” qəzetinə rəhbərlik edir. 1925-ci ildə Ankara Hüquq Məktəbinin professoru olaraq, orada dərs deməyə başlayır.

Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunu tarixin ən böyük türk ideoloqlarından biri hesab edirlər. Türkçülüyün ən böyük ideoloqlarından olan Əhməd bəy bu sahədə çox ciddi fəaliyyəti ilə tanınıb.

Türkiyə siyasi həyatında fəallığı ilə seçilən Əhməd bəyin əsas amallarından biri demokratik dövlət quruculuğu olub. Hətta bu xüsusda dəfələrlə ölkə rəhbərliyinə təklif və iradlarını bildirib, Atatürkün özü ilə bu barədə müzakirələr aparıb.

Elə bunun nəticəsidir ki, Atatürk Türkiyədə təkpartiyalı sistemdən ikipartiyalı sistemə keçməyi qərara alır və 1930-cu il avqustun 7-də müxalif “Sərbəst Firqə” qurulub. Onun rəhbərləri arasında Fəthi bəy və Nuri (Conker) bəylə yanaşı, Əhməd bəy də olub. Atatürkün göstərişi əsasında qurulan bu partiyadakı fəaliyyəti ilə bağlı Əhməd bəy “Sərbəst firqə xatirələri”ni yazıb.

“Sərbəst firqə”nin ləğvindən sonra Əhməd bəy dövlət vəzifələrində çalışmaqdan imtina edərək, universitetdə dərs deməklə yanaşı, jurnalist fəaliyyətini davam etdirməyə başlayıb. 1933-cü ildə gündəlik “Akın” qəzetini buraxıb. Bu qəzet mayın 29-dan sentyabrın 24-dək işıq üzü görüb. Mövcud hökumətə qarşı müxalif olan “Akın” qəzeti demokratik prinsipləri rəhbər tuturdu. Çap etdiyi qəzet barədə Ağaoğlu yazırdı: “Demokratiyanı, azadlığı, vəzifə məsuliyyətini xatırlatmaq istəyən “Akın” yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməyən arslanca bir vətənsevərliklə irəliləyir”.

Həmin illərdə aparılan universitet islahatında Əhməd bəy ixtisar edilərək təqaüdə göndərilib. Həyatının qalan dövrünü qəzet çıxarmağa həsr edən Əhməd bəyin səhhəti get-gedə pisləşməkdə idi. 1938-ci ildə Mustafa Kamal Atatürkün vəfatı xəbərini Əhməd bəy Ağaoğlu ürəkağrısı ilə qarşılayır.

1939-cu il mayın 19-da türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlu anadan olduğu doğma Şuşadan minlərlə kilometr uzaqda, türk dünyasının qüruru və ən böyük şəhəri olan İstanbulda vəfat edib.

Ondan geriyə isə minlərlə məqalə “Mən kiməm”, “İran və inqilabı”, “Könülsüz olmaz”, “İxtilalmı, inqilabmı?”, “Sərbəst insanlar ölkəsində”, “Tanrı dağında”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd”, “Üç mədəniyyət” kimi dəyərli əsərlər qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib