ELM VƏ TƏHSİL


Alimlər: Kök hüceyrələr kərtənkələdə yeni quyruğun böyüməsinə mane olur

Bakı, 20 oktyabr, AZƏRTAC

Kərtənkələnin atılmış quyruğunun yerində yenisi yaransa da, o, sinirsiz və onurğasız qığırdaq çıxıntısı kimidir. Bunun səbəbinin kök hüceyrələrlə bağlı olması fikri kifayət qədər qəribə səslənir, çünki kök hüceyrələr itmiş orqanın bərpası üçündür. Alimlərin fikrincə, kök hüceyrələr kərtənkələdə quyruğu bərpa edir, lakin lazım olduğu qədər işləmir.

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin əməkdaşları embrional inkişaf zamanı sinir sistemini yaradan sinir toxumasının kök hüceyrələrini (NSC, neural stem cells) tədqiq ediblər. Yetkin kərtənkələdə onlar yoxa çıxmır, lakin xüsusiyyəti dəyişir. Orqanizmdəki bütün hüceyrələr kimi, sinir kök hüceyrələr də digərləri ilə aktiv münasibətdə olur, molekulyar siqnal ayırır və müxtəlif fizioloji proseslərə təsir edir. Embrional inkişaf zamanı NSC quyruğun yaranmasını idarə edir: onun onurğa tərəfində onurğa beyini və onurğa sütunu davam etməlidir, alt, qarın hissəsi isə qığırdaqla tamamlanır. Sinir toxumasının embrional kök hüceyrələri bədənin planını başa düşür və xüsusi siqnal ayırır. Bu siqnal onların özünə təsir edir – sümüklərin və sinirlərin yaranmasının qarşısını alır, eyni vaxtda qığırdağın yaranmasını stimullaşdırır. Bu siqnalı yalnız quyruğun aşağı hissəsində olan hüceyrələr ayırır.

“Nature Communications” jurnalında dərc edilmiş məqalədə yazılır ki, yetkin NSC “qığırdaq” siqnalını yeni quyruğun həm yuxarı, həm də aşağı hissəsində yaradır. Yəni yeni yaranan quyruq iki qarın hissədən ibarətdir. Əgər yetkin kərtənkələyə embrional kök hüceyrələr əkilərsə, onlar yetkin kök hüceyrələrdən buraxılan siqnalı hiss edəcək və onurğa sütunu ilə onurğa beyini formalaşdırmayacaq. Yetkin NSC-lər, hətta “qığırdaq” siqnalı ayırmaq qabiliyyətindən məhrum edilsə belə buna qadir deyil.

Embrional NSC-ləri “qığırdaq” siqnala həssaslıqdan məhrum etməklə kərtənkələdə yeni normal quyruq yaradıla bilər. O halda quyruqdan qalan yerin onurğa hissəsində əkilmiş kök hüceyrələr onurğa beyini ilə onurğa sütunu yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.