CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşulub

Bakı, 21 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan könüllü qanvermə aksiyasına qoşulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun əməkdaşları Milli Hematologiya və Transfiziologiya Mərkəzində könüllü olaraq qan veriblər. Əvvəlcə donorların sağlamlıq vəziyyəti müəyyən edilib və sonra onlardan qan götürülüb.

Aksiyada məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək olmaqdır. Toplanan qan ehtiyatı laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.