Azərbaycan Dövlət İnformasiya Agentliyi

Araşdırma: istiqlaliyyət tariximizdə Yusifbəylilər sülaləsinin xüsusi yeri var

Gəncə, 24 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Zəngin mədəniyyətə və şanlı keçmişə malik Gəncə tariximizə müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtı kimi daxil olub. Burada Cümhuriyyətin siyasi baxımdan mövcudluğu və gələcəyi ilə bağlı ən mühüm qərarlar, xalqın taleyüklü məsələləri müzakirə olunub və qəbul edilib. İndi cərgə-cərgə Xan çinarlarının kölgəsinə sığınan neçə-neçə qırmızı kərpicli, zərif hörgülü, incə naxışlı, taxta eyvanlı, kirəmitli evlər və ictimai binalar şanlı keçmişin daş yadigarları kimi qorunur.

Yusifbəylilərin evi

AZƏRTAC-ın bölgə müxbiri qədim Nizami yurdunun küçə və məhəllələrini gəzərək, yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlərin yaşadığı ata-baba və şəxsi mülkləri barədə məlumat toplayıb.

Həmin tarixi imarət və binaların əksəriyyəti Gəncə şəhərinin mərkəzində bir-birindən çox da uzaq olmayan məsafədə yerləşir. Onlardan biri də Yusifbəylilər nəslinin mülküdür. Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Cümhuriyyətin banilərindən və hökumət başçılarından biri olan Nəsib bəy Yusifbəyli (1881-1920) məşhur Səfərabad məhəlləsində yerləşən bu tarixi evdə ziyalı ailəsində anadan olub və burada yaşayıb.

Yusifbəylilərlə bağlı xeyli xatirələrin yaşadığı bu evin tarixçəsi və nəslin görkəmli nümayəndələri haqqında Nəsib bəy Yusifbəylinin kiçik bacısı Xanımın nəvəsi, 50 ildən çox həmkarlar ittifaqları sistemində çalışmış, bir sıra sovet orden və medalları, həmçinin müstəqil Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunmuş Rəfat Cuvarlı ilə söhbətimiz zamanı məlumat aldıq.

Bu ocağın tarixçəsinin qoruyucusu və yorulmaz tədqiqatçısı deyir ki, ulu babaları Usuf bəy Gəncənin sonuncu hökmdarı Cavad xan Qacarın dostu və məsləkdaşı olub. Savadlı və geniş dünyagörüşünə malik şəxs olan Usuf bəy hələ o zamanlar Cavad xanın dəftərxanasında rus dilində məktəb açıb.

Nəsib bəyin doğulub boya-başa çatdığı ev 1877-ci ildə onun atası Usuf bəy Yusifbəyli (1852-1922) tərəfindən tikdirilib.

Dövrünün tanınmış ziyalısı olan Usuf bəy 1905-ci ildə “Qeyrət” cəmiyyətinin təsisçilərindən biri idi. Bu cəmiyyət o vaxt Rusiyanın federativ şəkildə qurulmasını, Azərbaycana isə muxtariyyət verilməsini dəstəkləyən ilk siyasi qüvvələrdən sayılırdı. Usuf bəy, həmçinin 1905-ci il hadisələrindən sonra erməni terrorçularına müqavimət göstərmək məqsədilə yaradılmış mütəşəkkil müsəlman təşkilatının - “Difai” partiyasının ən fəal üzvlərindən olub.

“Difai” partiyasının əsası bu evdə qoyulub

"Nənəm söyləyərdi ki, hələ 1905-ci ildə "Difai" milli partiyasının yaradılması üçün ilk məşvərətlər bu evdə keçirilib. İclasların birinə məşhur qaçaq Dəli Alını da çağırıblarmış. 1975-ci ildə Nəsib bəyin Türkiyədə yaşayan qızı Zəhra xanımın bir neçə günlüyə ata ocağına gəlişi barədə xatirəni eşidəndə həmişə kövrələrdim. Zəhra xanım uşaqlıqdan ayrıldığı bu evin pilləkənlərini, astanasını öpə-öpə, ağlaya-ağlaya içəri girmişdi" - deyə, Rəfat müəllim xatirələrini bölüşür.

Usuf bəy, həmçinin sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanının təşkilatçılarından biri kimi xatırlanır.

Onun tikdirdiyi bu mülkdə üç oğlu - Həmid, Eyyub, Nəsib, iki qızı - Şükufə ilə Xanım dünyaya gəlib.

Nəsib bəyin stolu, Qaspıralının “Quran”ı, Şəfiqə xanımın çay dəsti...

Bu nəslin ən görkəmli nümayəndəsi ailənin ortancıl oğlu Nəsib bəydir. Hazırda Yusifbəylilərin evində Nəsib bəy və onun həyat yoldaşı Şəfiqə xanımla bağlı bir neçə yadigar əşyalar qorunur. Hər il mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü günündə Yusifbəylilərin evinə getsəniz, möhkəm ağacdan düzəldilmiş qədim stolun üstünə ağ-mavi rəngli süfrənin salındığını görərsiniz.

“Bu stol 1889-cu ildə düzəldilib, süfrə də həmin vaxt alınıb. Stolun üstündəki çay dəsti isə Şəfiqə xanımın cehizidir”, - deyən Rəfat müəllim sonra daha bir yadigarı göstərir. Bu, XX əsrin əvvəllərində çap olunmuş “Quran” kitabıdır. Onu bu ailəyə türk dünyasının görkəmli ictimai xadimi, Nəsib bəyin qayınatası İsmayıl bəy Qaspıralı Gəncəyə gələrkən, 1912-ci ildə hədiyyə edib və kitabın titul səhifəsinə xatirə sözləri yazıb.

Yusifbəylilər nəslinin görkəmli nümayəndələrinin həyatından, onların Azərbaycanın istiqlaliyyəti yolunda işıqlı fəaliyyətindən danışan Rəfat bəy deyir ki, sovet hakimiyyəti illərində bu nəslin üzvlərinin hərəsinə bir zərbə vurulub.

Yusifbəylilər nəslinin aqibəti

Həmid bəy (1878 - 1942) hələ XIX əsrin sonlarında Gəncədə ilk dəfə bu evdə ictimai kitabxana açıb. Gəncədə Sosialist Federalistlər Partiyasının sədri kimi fəaliyyət göstərən Həmid bəy hələ Çar Rusiyası dövründə təhlükəsizlik orqanlarının təqiblərinə məruz qalıb, sonradan repressiya qurbanı olub.

Yusifbəylilər ailəsinin digər nümayəndəsi Eyyub bəy (1896 - 1966) dövrünün tanınmış ziyalılarından biri və Azərbaycan Milli Ordusunun zabiti idi. Cümhuriyyət dövründəki hərbi fəaliyyətinə və Gəncə üsyanında fəal iştirakına görə həbs edilib, ömrünün çoxunu sürgündə keçirib.

Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulan beş hökumətin hamısında nazir postları tutub. 4-cü və 5-ci hökumətdə həm də baş nazir olub. Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra Kürdəmir-Yevlax yolunda qətlə yetirilib.

Ailənin qız övladı Şükufə Pişnamazzadə (1879 - 1943) isə dövrünün azsaylı ziyalı xanımlarından olmaqla yanaşı, həm də qadınların savadlanmasında böyük xidmətlər göstərib. Şükufə Pişnamazzadə Gəncə gimnaziyasının müdiri işləyib və xeyriyyə fəaliyyəti ilə məşğul olub.

Rəfat müəllim qeyd edir ki, hələ çar dövründə Gəncədə ilk uşaq bağçasını Şükufə xanım açıb. Sovet hökuməti qurulan ilk vaxtlarda bağçanı bu evə köçürməklə Yusifbəylilər mülkünün müsadirə edilməsinin qarşısını ala bilib: "Bu ağıllı qadın həmin o qovhaqov, qaçhaqaçda naçar hala düşən ailə üzvlərindən tədbirli tərpənib. Bağça uşaqlarını yığaraq bu evə gətirib. Deyib ki, bizim ev geniş olduğundan bura təlim-tərbiyə və istirahət üçün daha münasib yerdir".

Yusifbəylilər ailəsinə yaxın qohum olan Mehdi Cuvarlı (1875-1922) da bu tarixi evdə yaşayıb. O, Fransanın Sarbonna və Estoniyanın Yuriyev universitetlərində təhsil alıb, Azərbaycanın ilk baytar həkimi olub, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında özünəməxsus xidmətlər göstərib.

Ailənin digər yaxın qohumu Usuf bəy Xanbudaqov (1862-1940) Qafqaz canişininin dəftərxanasının müdiri işləyib. Bu vəzifədə xidmətlərinə görə ikinci Nikolay onun yaxasına şəxsən medal taxıb. Usuf bəy 11-ci Qırmızı ordunun hərbi müdaxiləsinə qarşı çıxıb, Gəncə üsyanının fəal iştirakçılarından biri olub və bu yolda həyatını qurban verib.

Yusifbəylilərin evinin qarşısına burada adlarını çəkdiyimiz və çəkmədiyimiz, istiqlal, maarifçilik və elm tariximizə öz töhfələrini vermiş 8 nəfərin barelyefi vurulub. Həqiqətən də hazırda Nəsib bəy Yusifbəylinin adını daşıyan küçədəki bu ev milli tariximizdə öz izi olan bir ocaqdır.

X X X

İstiqlaliyyət tariximizin Gəncədəki izləri, tanınmış şəxsiyyətlər və sülalələr barədə söhbətlərimizi davam etdirəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Böyük Britaniya ali təhsildə əməkdaşlığı genişləndirir

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək

Lənkəran rayonunda kompleks mülki müdafiə təlimi baş tutub

Milli Teatrda "Payız sonatası" hazırlanır

Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub

MDU-nun rektoru: Malayziya ali təhsil ocaqları ilə əməkdaşlıq universitetimizin qlobal inkişaf xəttini gücləndirəcək

Gəncədə gənc xilasedicilərin zona yarışı təşkil olunub

Gənclər üçün “Microsoft World Championship Hackathon” təşkil edilib

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub

Kimyanın müasir çağırışları adlı konfransa 200-dən çox məqalə təqdim olunub

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 milyon manat ödənilib

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub

Nüvə silahlarının yayılmaması konfransının nəticəsiz başa çatması BMT Baş katibini məyus edib

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir

WUF13 qlobal şəhərsalma məsələlərində dünya ölkələrini daha məsuliyyətli olmağa təşviq etdi- ŞƏRH

Oleksandr Mişenko: Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara hazırdır

AGF-nin Hakimlər Komitəsinin sədri: Futbolun azarkeş kütləsi daha çox olduğu üçün hakimlərin məsuliyyəti artır

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

Londonda Qarabağın alban xristian irsinə həsr olunan interaktiv platforma təqdim edilib

Ayrı-ayrı ərazilərdə intensiv və güclü yağış müşahidə olunub - FAKTİKİ HAVA

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

Bu saata olan əsas xəbərlər

Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verib

Avropa İttifaqı və Meksika arasında yeni azad ticarət sazişi imzalanıb

WUF13 Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından son dərəcə əhəmiyyətli idi - ŞƏRH

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib

Türkiyənin universitet rektoru: Türkiyə və Azərbaycanın uğurlarının təməli Çanaqqala və Qarabağda qoyulub

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib

NDU Beynəlxalq Kembric Məktəbinin şagirdləri HIPPO Olimpiadasında uğurlu nəticə göstərib

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 82-yə çatıb YENİLƏNİB-2

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub

Qubada Aşıq Ələsgərin irsi elmi-praktik müstəvidə təhlil olunub

Göydəniz Qəhrəmanov: Bakı–Tbilisi qatar xəttinin yenidən açılması regional turizmə yeni imkanlar yaradır

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Qərbi Azərbaycan İcmasında tədqiqatçı Şəfəq Nasirin yeni kitablarının təqdimatı olub

Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq

ETSN kollektivi peşə bayramını qeyd edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Pakistan və Qətər İran-ABŞ razılaşması üzrə vasitəçilik səylərini gücləndirib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

CBS: Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

İlyas Demirci: Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir

Fransada kibertəhlükələr və şəxsi məlumat sızmaları rekord həddə çatıb: CNIL nəzarəti gücləndirir

Xarici mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatı olub

İş yerlərində gender bərabərliyinin təşviqi

Nigeriya nazirliyinin katibi: Azərbaycan dayanıqlı inkişaf baxımından zəngin tarixə və mədəni irsə malikdir

İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram

Mladen İvaniç: Qlobal Bakı Forumu digər qlobal platformalarla müqayisədə daha çox açıq dialoq mühiti ilə seçilir

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

İsmail Serageldin: Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çoxtərəfliliyə və açıqlığa olan sadiqliyimiz dəfələrlə təsdiqlənib

“Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsi çərçivəsində birgə şirkət yaradılacaq

Özbəkistan Mərkəzi Bankı ilə maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübə müzakirə edilib

Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbar istefa verib

BMT Məskunlaşma Proqramının regional direktoru: Bakı WUF13-ün keçirilməsi üçün müstəsna platforma təqdim edib

Azərbaycan iyulda keçiriləcək Esvatini İnvestisiya Konfransına dəvət edilib

WUF13 çərçivəsində mədəniyyət gecəsi

İspaniyalı mütəxəssis: Azərbaycanın şəhərlərin dayanıqlı inkişafındakı rolunu ekspertlər yüksək qiymətləndirirlər

WUF13 iştirakçısı: Azərbaycan regionda sabit və inkişaf edən mərkəz rolunu möhkəmləndirir

Tramp oğlu Donun toyunda iştirak etməyəcəyini açıqlayıb

Naxçıvan şəhərində 15,5 kilometrlik yolun asfaltlanmasına başlanılıb

Urbanist Qvardiola Qarsiya: İctimai məkanlar şəhər həyatının keyfiyyətində əsas rol oynayır

Premyer Liqa: “Qarabağ” mövsümü üç xalla bitirib

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi necə müəyyən olunacaq?

Pakistanlı iştirakçı: Düşünürəm ki, WUF13 şəhərlərin düzgün layihələndirilməsinə töhfə verəcək

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

Marko Rubio və Hakan Fidan arasında görüş olub

Rusiyalı iştirakçı: WUF13 gələcəyin şəhərlərinin qurulması ilə bağlı birgə addımların müəyyənləşdirilməsinə töhfə verir

Amerikalı mütəxəssis: Azərbaycan və WUF13 dayanıqlı şəhər inkişafı üzrə təcrübə mübadiləsində mühüm rol oynayır

Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb

Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir

Mariam Kvrivişvili: Gürcüstanın Türkiyə və Azərbaycanla əməkdaşlıq çərçivəsində Aİ-nin enerji müstəqilliyində rolu artacaq

AMEA-da “44 gün Qarabağ - işğaldan azadlığa” kitabının təqdimatı olub

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

® Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

“Bakı Fəaliyyətə Çağırış” sənədi