MƏDƏNİYYƏT


“Atları yəhərləyin” filmi yeni həyat qazanmışdır

Bakı, 11 yanvar (AZƏRTAC). El qəhrəmanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” bədii filmi yeni həyat qazanmışdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Rusiyanın dövlət film fondları birlikdə həmin filmi bərpa edərək elektron formata keçirmişlər.

Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır.

Film aktyor, Xalq Artisti Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.