ABŞ-ın Vitse-prezidenti: Azərbaycana getməkdən çox məmnunuq
Vaşinqton, 10 fevral, AZƏRTAC
Buradan Azərbaycana getməkdən çox məmnunuq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Ermənistandan Azərbaycana yola düşərkən hava limanında jurnalistlərə deyib. O bildirib ki, sülhün əldə edilməsi əslində ilk addımdır, amma sülhün qorunması bu gün görülən işlərdir.
Cey. Di. Vens əlavə edib ki, Prezident Trampın iştirakı ilə iki ölkə arasında sülhə dair saziş layihəsi paraflanıb: “Biz bunun üzərində davam edirik, sülh müqaviləsinin qüvvədə qalması üçün Ermənistanla Azərbaycan arasında zəruri olan iqtisadi müstəqilliyin mövcudluğundan əmin oluruq. Hazırkı vəziyyətimizdən çox məmnunam”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]