Ekspert Azərbaycanı regional məsələlərdə ABŞ-ın əsas tərəfdaşına çevirən amilləri göstərib
Bakı, 10 fevral, T.Məmmədova, AZƏRTAC
Bu gün ABŞ Azərbaycanı regional və qlobal təhlükəsizlikdə əsas tərəfdaş kimi görür.
Beynəlxalq münasibətlər üzrə israilli ekspert Mixail Finkel bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və Dünya” proqramının son bölümündə bildirib.
Onun sözlərinə görə, bu, həm ölkənin daxili sabitliyi, həm də balanslaşdırılmış xarici siyasəti ilə bağlıdır.
Finkel Azərbaycan dövlətinin dünyəvi təbiətinin əsas rolunu, ölkə rəhbərliyinin radikalizm və fanatizmin hər hansı bir formasının qarşısını almağa yönəlmiş ardıcıl siyasətini qeyd edərək vurğulayıb ki, bu model Azərbaycanı regiondakı bir çox digər dövlətlərdən fərqləndirir.
Ekspert, həmçinin qeyd edib ki, Bakının davamlı inkişafa və sürətlə tərəqqi edən ölkələr sırasına inteqrasiyaya doğru seçdiyi kurs onu Qərb, o cümlədən ABŞ üçün etibarlı və proqnozlaşdırılabilən tərəfdaşa çevirir. Onun fikrincə, artan beynəlxalq qeyri-sabitlik şəraitində regional təhlükəsizliyin sütunlarına çevrilən məhz belə dövlətlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [15:55]
Mixail Finkel: ABŞ Cənubi Qafqaz ölkələri ilə dialoqu gücləndirir
- 10.02.2026 [13:11]