GDU-da elektron kitabxana istifadəyə verilib
Gəncə, 10 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) müasir standartlara uyğun elektronlaşdırılmış kitabxana istifadəyə verilib. Artıq tələbələr və akademik heyət Gəncə Dövlət Universitetinin saytına (gdu.edu.az) daxil olduqdan sonra “Elektron kitabxana” linki (gdu.empro.az) vasitəsilə zəngin, müasir tələbata uyğun kitab fondu ilə tanış ola biləcəklər. Universitet kitabxanasının mövcud məlumat bazasında yer alan nəşrlər mərhələli şəkildə elektron kitabxana sisteminə daxil ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məqsəd Gəncə Dövlət Universitetində kitabxana xidmətlərinin müasir informasiya texnologiyalarına uyğun təkmilləşdirilməsinin və daha operativ xidmət göstərilməsinin təmin edilməsidir.
Həmçinin GDU-da elektron kitabxananın istifadəyə verilməsi ilə bağlı Kitabxana və İnformasiya Mərkəzinin əməkdaşları üçün təlim keçirilib. Təlimdə məlumatların sistemə daxil edilməsi və elektron kataloqla işləmə qaydaları haqqında ətraflı məlumat verilib, elektron kitabxanaya üzvlük və istifadə qaydaları da izah olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [17:59]
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar
- 10.02.2026 [16:56]
Müasir risklər və uşaq hüquqlarının qorunması – ŞƏRH
- 10.02.2026 [16:47]
Elm və təhsilin inteqrasiyası: praktik nəticələr və perspektivlər
- 10.02.2026 [16:26]
® Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub
- 10.02.2026 [16:08]
BMU-nun daha bir əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda
- 10.02.2026 [16:05]
“Regional İnkişaf” İctimai Birliyi sosial və təhsil layihələrini dəstəkləyir
- 10.02.2026 [15:19]