Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) ötən il keçirilmiş meqasorğuda 5137 tələbə iştirak edib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, respondentlərin 81 faizi müəllimlərin tədris bacarıqlarından tam razı qaldığını, 73 faizi isə proqramların zəruri mütəxəssis bacarıqları qazandırdığını bildirib. Sorğu çərçivəsində 9 mindən çox açıq rəy toplanıb.
Hər il keçirilən bu kimi sorğuların nəticələri tədris keyfiyyətinin yüksəldilməsi ilə bağlı qəbul olunan qərarlarda nəzərə alınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:11]
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
- 30.09.2026 [16:02]