Mixail Finkel: ABŞ Cənubi Qafqaz ölkələri ilə dialoqu gücləndirir
Bakı, 10 fevral, T.Məmmədova, AZƏRTAC
ABŞ Vitse-prezidentinin Ermənistan və Azərbaycana səfəri Vaşinqtonun Cənubi Qafqaz ölkələri ilə dialoqu möhkəmləndirməsinin vacib bir siqnalıdır.
Beynəlxalq münasibətlər üzrə israilli ekspert Mixail Finkel bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və Dünya” verilişinin son bölümündə bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatların ikinci ən yüksəkvəzifəli rəsmisinin səfərinin özü yüksək etimad və hörmət səviyyəsini nümayiş etdirir.
Ekspert xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi diqqət və hörmət nümayiş etdirib və bu, qlobal siyasəti yaxından izləyən hər kəs tərəfindən qeyd edilib.
Analitikin fikrincə, bu, yaxın gələcəkdə Azərbaycanın ABŞ və Qərblə əməkdaşlığının genişləndirilməsi üçün möhkəm təməl yaradır. Finkel vurğulayıb ki, bu cür əlaqələr uzunmüddətli siyasi etimad arxitekturasını formalaşdırır və məsuliyyətli regional tərəfdaş kimi Bakının rolunu gücləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [13:11]
Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib
- 10.02.2026 [12:08]