İsrailli ekspert: Azərbaycan Avropanın enerji sabitliyinin təmin edilməsində xüsusi rol oynayır
Bakı, 10 fevral, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycanın enerji potensialı və unikal coğrafi mövqeyi ABŞ və Avropa ölkələrinin ölkəyə marağını artırır.
AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və Dünya” proqramının növbəti buraxılışında bunu beynəlxalq münasibətlər üzrə israilli ekspert Mixail Finkel bildirib.
O qeyd edib ki, Bakı xarici və iqtisadi siyasətində bu üstünlüklərdən səmərəli istifadə edə bilib.
Ekspertin sözlərinə görə, Azərbaycan xüsusilə qaz və neft məhsullarının tədarükünün artırılması hesabına Avropanın enerji sabitliyinin təmin edilməsində əsas rol oynayır.
Proqramın həmsöhbəti ötən il Almaniya Prezidentinin Bakıya səfərini və qaz müqavilələrinin müzakirəsini bu marağın əyani təsdiqi kimi qeyd edib.
Bundan əlavə, Finkel Azərbaycanın mühüm nəqliyyat və geosiyasi marşrutların kəsişməsində, yəni, Cənubi Qafqazı, İranı, Rusiyanı və digər regionları birləşdirən tarixi İpək Yolu üzərində yerləşən strateji mövqeyini vurğulayıb. Onun fikrincə, bu strateji üstünlük ölkənin Şərq və Qərb arasında əlaqələndirici həlqə kimi əhəmiyyətini artırır, onun geoiqtisadi rolunu gücləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [18:22]
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana getməkdən çox məmnunuq
- 10.02.2026 [15:55]
Mixail Finkel: ABŞ Cənubi Qafqaz ölkələri ilə dialoqu gücləndirir
- 10.02.2026 [13:11]