İDMAN


Avropa Gənclər Olimpiya Festivalında güləşçilərimizin rəqibləri müəyyənləşib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları start götürəcək.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində mübarizə baş tutacaq.

Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyev (45 kq) Eldar Asakayev (Rusiya), səkkizdəbir finalda Əbülfəz Nəsirov (55 kq) Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparacaqlar. Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) gücünü sınayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.