Aydın Kərimov: Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb

Şuşa, 8 aprel, T.Ağaməmmədov, AZƏRTAC
Şuşa şəhəri işğal dövründə, 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdır. İşğaldan azad edildikdən sonra Şuşada Prezident İlham Əliyevin tapşırığı ilə bərpa-qurucu işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.
Aydın Kərimov bildirib ki, Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb. Şuşa işğaldan azad edildikdən sonra tarixi abidələrin bərpası istiqəmətində də işlər aparılır.
“Artıq 10-a yaxın abidə bərpa edilib. Yaxın aylarda da bir neçə abidənin bərpası tamamlanacaq. Bu işlər davamlı olaraq aparılacaq. Biz Şuşanın tarixi-mədəni irsinin qorunmasını təmin edəcəyik”, - deyə Aydın Kərimov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [15:01]
Azərbaycanda əhalinin sayı açıqlanıb
- 17.06.2025 [14:02]
“Sağlamlığa doğru qaç”: Səhiyyə işçiləri Xankəndidə yürüşə qatılıblar FOTO
- 17.06.2025 [13:14]
O, həm də həkim kimi verdiyi sözü tutdu...
- 17.06.2025 [12:42]