CƏMİYYƏT


Azad edilmiş ərazilərdə daha beş modul tipli xəstəxana istifadəyə veriləcək

Bakı, 8 fevral, AZƏRTAC

Azad edilmiş ərazilərdəki modul tipli xəstəxanaların sayı 6-ya çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov məlumat verib.

Şuşada modul tipli xəstəxananın istifadəyə verildiyini xatırladan A.Nəsirov Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Kəlbəcərdə də belə xəstəxanaların istifadəyə veriləcəyini bildirib. Hazırda bununla əlaqədar olaraq sənədləşmə işləri gedir.

"Modul tipli xəstəxana təcili yardım tipli modul xəstəxanadır. Hadisə baş verəndə, yəni minayadüşmə və ya digər səbəblərdən xəsarət alan olanda yaralının vəziyyətinin sabitləşməsi və ən qısa zamanda yaxın xəstəxanaya daşınması nəzərdə tutulub. Həmin xəstəxanaların yanında ambulans da olacaq və yaralı Ağcabədi, Füzuli, Bərdədəki xəstəxanaya təxliyə olunacaq. Modul tipli xəstəxana həmin ərazilər üçün müvəqqəti həll yoludur. Modul tipli xəstəxanalar daşına bildiyindən gələcəkdə həmin ərazilərdə böyük xəstəxanalar tikildikdə onları ölkənin digər ərazilərinə köçürmək mümkün olacaq", - deyə A.Nəsirov qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.