Azərbaycan atletləri Balkan çempionatında iştirak edəcəklər
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 4-də Sloveniyanın Novo Mesto şəhərində 18 yaşadək atletlər arasında Balkan çempionatı start götürəcək.
Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda Azərbaycan millisi 10 idmançı ilə təmsil olunacaq.
Qadınların yarışında Safiya Kərimova 100 metr, Mədinə Hüseynzadə 400 metr, Gülçin Nağıyeva 800 metr məsafəyə qaçış, Zeynəb Əmrahova isə lövhəatma növündə qüvvəsini sınayacaq.
Kişilər arasında Ramil İsmayılov üç təkanla tullanma, Şamxal Həsənzadə uzunluğa tullanma, Mehdi Abaszadə 400 metr, Bülbül Babayev hündürlüyə tullanma, Daniil Şuvayev 100 metr, Loğman İsrafilli isə 800 metr məsafəyə qaçış yarışında çıxış edəcək.
Yığmanın məşqçiləri Orxan Aslanov, Mixal Poqani və Anar Yusifovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]