Argentina dünya çempionatının debütantı Kabo-Verde ilə üz-üzə gəlir
Bakı, 3 iyul, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin son üç görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında Avstraliya millisi Misir yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
İyulun 4-nə keçən gecə isə Argentina millisi mundialın debütantı Kabo-Verde ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.
Günün son matçında Kolumbiya və Qana yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün start fiti Bakı vaxtı ilə saat 05:30-da səslənəcək.
Bu qarşılaşmalardan sonra dünya çempionatının 1/8 final mərhələsinin son üç iştirakçısı müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya, Portuqaliya və İsveçrə milliləri 1/8 finala vəsiqə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]