Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın artan geosiyasi çəkisi Avropa İttifaqının gündəmindədir ŞƏRH

Azərbaycanın artan geosiyasi çəkisi Avropa İttifaqının gündəmindədir  ŞƏRH

Bakı, 3 iyul, AZƏRTAC

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də Azərbaycana həyata keçirdiyi işgüzar səfər Bakı ilə Brüssel arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibli görüşlər, eləcə də mətbuata verilən bəyanatlar göstərdi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı artıq yalnız enerji müstəvisində deyil, daha geniş geosiyasi və strateji çərçivədə dəyərləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.

Onun sözlərinə görə, bu səfərin diqqətçəkən məqamlarından biri ondan ibarətdir ki, qısa müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfərindən sonra Ursula Fon der Lyayenin də Azərbaycana gəlməsi təsadüfi deyil. Bu ardıcıl yüksəksəviyyəli təmaslar 27 üzv dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi strateji əhəmiyyətin göstəricisidir və əlaqələrin inkişafında yeni mərhələnin başlandığını təsdiqləyir.

“Ursula Fon der Lyayenin çıxışında Azərbaycanı açıq şəkildə strateji tərəfdaş adlandırması xüsusi siyasi məna daşıyır. Bu yanaşma göstərir ki, Brüssel artıq Bakını yalnız enerji resursları təmin edən ölkə kimi deyil, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya layihələrinin əsas iştirakçılarından biri kimi qəbul edir. Avropa Komissiyasının Prezidenti, həmçinin Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu, regional sülh gündəliyinin formalaşmasında mühüm rol oynadığını vurğuladı və Prezident İlham Əliyevin liderliyini xüsusi qeyd etdi. Bu, Avropa İttifaqının Azərbaycanın regionda həyata keçirdiyi siyasətə verdiyi siyasi qiymətin göstəricisi hesab oluna bilər”, - deyə N.İsmayılov vurğulayıb.

O qeyd edib ki, son illərdə yaranmış yeni geosiyasi reallıq fonunda Azərbaycan Avropa üçün daha da vacib tərəfdaşa çevrilib. Çox mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu, enerji resursları və müstəqil xarici siyasəti ilə regional sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir. Avropa İttifaqı da artıq bu reallığı açıq şəkildə qəbul edir və Azərbaycanın strateji baxışını, uzunmüddətli inkişaf konsepsiyasını yüksək qiymətləndirir.

Enerjidən geosiyasətə: Avropa İttifaqının Azərbaycan siyasətində yeni mərhələ

“Enerji əməkdaşlığı isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Xüsusilə 2022-ci ildə Avropanın Rusiya qazından asılılığının yaratdığı böhran zamanı Avropa İttifaqının Azərbaycana müraciət etməsi və Bakının qısa müddətdə qaz ixracını 65 faiz artırması Azərbaycanın etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirdi. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir və tərəflər arasında əməkdaşlıq artıq təkcə təbii qazla məhdudlaşmır. Yaşıl enerji istiqaməti də gündəliyin prioritet mövzularındandır. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı, Xəzər hövzəsinin imkanları və Mərkəzi Asiya ölkələrinin resurslarının Avropaya daşınması perspektivi yeni enerji xəritəsinin formalaşmasına xidmət edir. Məhz bu baxımdan yaşıl enerji dəhlizi layihəsi Avropa ilə Azərbaycan arasında əməkdaşlığın yeni strateji istiqaməti kimi çıxış edir.

Ursula Fon der Lyayenin enerji əməkdaşlığı ilə yanaşı, enerji konnektivliyi üzrə xüsusi tərəfdaşlıq platformasının yaradılması təşəbbüsünü irəli sürməsi də diqqət çəkən məqamlardandır. Bu təşəbbüs göstərir ki, Brüssel Azərbaycanı Avropanın gələcək enerji və nəqliyyat şəbəkələrinin ayrılmaz hissəsi kimi görür.

İqtisadi əlaqələrin genişləndirilməsi də danışıqların əsas mövzularından olub. Hazırda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkənin regional iqtisadi liderliyini təsdiqləyən mühüm göstəricidir. Brüsselin bu əlaqələri daha da inkişaf etdirmək niyyətini ifadə etməsi isə iqtisadi əməkdaşlığın yeni mərhələyə keçəcəyindən xəbər verir”, - deyə siyasi şərhçi bildirib.

O əlavə edib ki, səfər çərçivəsində Ermənistan-Azərbaycan sülh gündəliyi də diqqət mərkəzində olub. Avropa İttifaqının sərhədyanı bölgələr üçün 20 milyon avroluq yardım paketi təklif etməsi, həmçinin iki cəmiyyət arasında sülhün iqtisadi faydalarının təşviqinə yönəlmiş layihələrə dəstək vermək niyyəti Brüsselin bölgədə dayanıqlı sülhün bərqərar olmasında marağını göstərir.

“Bütün bunlar Azərbaycanın son illərdə həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Bu gün Azərbaycan eyni vaxtda ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir, Çinlə hərtərəfli strateji əməkdaşlığı inkişaf etdirir və Avropa İttifaqı ilə münasibətləri də strateji xarakter daşıyır. Müxtəlif qlobal güc mərkəzləri ilə paralel əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu və diplomatik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Ursula Fon der Lyayenin Bakıya səfəri də göstərdi ki, Avropa İttifaqı rəhbərliyi artıq Azərbaycana yalnız enerji təchizatçısı kimi baxmır. Azərbaycan Brüssel üçün regional sabitliyin təmin olunmasında, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, Orta Dəhlizin inkişafında və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində mühüm geosiyasi aktor kimi qəbul edilir. Bu isə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşıdakı dövrdə daha da dərinləşəcəyini və strateji məzmununun genişlənəcəyini göstərən əsas siyasi mesajdır”, - deyən N.İsmayılov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb