Şəkidə indiyədək 25 min hektara yaxın taxıl sahəsinin məhsulu yığılıb
Şəki, 3 iyul, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası davam etdirilir. Cari mövsümdə rayonda 59 min 842,2 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 41 min 173,2 hektarını arpa, 18 min 669 hektarını isə buğda sahələri təşkil edir. Bu günədək 24 min 331 hektarı arpa, 629 hektarı buğda olmaqla, 24 min 960 hektar sahənin məhsulu biçilib, 72 min 216,2 ton taxıl istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 28,9 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, tədarük olunan taxılın 70 min 316,6 tonu arpa, 1899,6 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 28,9 sentner, buğda sahələrindən isə 30,2 sentner məhsul götürülüb. Hazırda sahələrdə 131 taxılbiçən kombayn işləyir.
Sektor müdirinin sözlərinə görə, havaların qeyri-sabit, yağmurlu keçməsi taxıl biçinini ləngitsə də, fermerlər məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün bütün qüvvələri səfərbər ediblər.
Müxbir – Mustafa Dadaşov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:30]
Xankəndidə növbəti səyyar tibbi müayinə aksiyası təşkil edilib VİDEO
- 03.07.2026 [13:12]
Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olunub
- 03.07.2026 [12:39]
İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edilib
- 02.07.2026 [23:47]
Qəbələdə xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb
- 02.07.2026 [21:46]
Ordubad rayonuna təbii qazın verilişi bərpa olunub
- 02.07.2026 [19:03]
Qazaxda yeniyetmə çayda batıb
- 02.07.2026 [18:57]