Yulian Naqelsman Almaniya millisinin baş məşqçi postundan ayrılıb
Bakı, 3 iyul, AZƏRTAC
Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman vəzifəsindən ayrılıb.
AZƏRTAC “Bild” nəşrinə istinadən xəbər verir ki, ötən gün Almaniya Futbol Federasiyasının Frankfurtdakı qərargahında keçirilən üç saatlıq görüşdə 38 yaşlı mütəxəssisə yığmadakı fəaliyyətini başa vurması təklif olunub. Bundan sonra Naqelsman istefa vermək qərarı verib.
Bildirilib ki, müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün almaniyalı çalışdırıcıya təxminən 7 milyon avro məbləğində kompensasiya ödəniləcək.
Qeyd olunub ki, Almaniya millisinin baş məşqçi postuna əsas namizədlərdən biri Yurgen Kloppdur. Mütəxəssisin "Red Bull"la müqaviləsində bu vəzifəni qəbul etməsi üçün erkən ayrılmağa imkan verən bənd mövcuddur.
Xatırladaq ki, Almaniya yığması dünya çempionatının 1/16 finalında Paraqvaya penaltilər seriyasında 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]