Massimiliano Alleqri “Napoli”nin baş məşqçisi təyin olunub
Bakı, 3 iyul, AZƏRTAC
Massimiliano Alleqri İtaliyanın "Napoli" klubunun baş məşqçisi təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.
58 yaşlı mütəxəssislə 2029-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb. O, bu vəzifədə Antonio Konteni əvəzləyib.
Kontenin rəhbərliyi altında "Napoli" 2024/2025-ci illər mövsümündə İtaliya çempionu olub və ölkə Superkubokunu qazanıb. Komanda ötən mövsümü isə A Seriyasında ikinci pillədə başa vurub.
Qeyd edək ki, Massimiliano Alleqri son olaraq "Milan"ı çalışdırıb. Onun rəhbərliyi altında Milan təmsilçisi ötən mövsüm A Seriyasını beşinci pillədə tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]