Azərbaycan-İran sərhədləri müvəqqəti olaraq məhdudlaşdırıcı rejim əsasında bağlanır
Bakı, 29 fevral, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 2020-ci il fevralın 29-da saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.
İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək.
Azərbaycan Respublikası Dünya Səhiyyə Təşkilatı, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar təmasları və əməkdaşlığı davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [14:24]
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
- 20.09.2026 [11:32]
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
- 20.09.2026 [11:05]
Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
- 20.09.2026 [10:45]
Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb
- 20.09.2026 [08:00]
Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə
- 19.09.2026 [21:37]
Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]