CƏMİYYƏT


Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub

Madrid, 21 may, AZƏRTAC

İspaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Madriddə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İspaniya nümayəndəliyinin rəhbəri Mariya Xesus Herrera ilə görüşüb.

Görüşdə Mariya Xesus Herrera qloballaşmanın Avropa ölkələrinə, eləcə də İspaniyaya təsirlərindən danışaraq, miqrant axınının ölkəsinin sosial-mədəni həyatına mühüm təsir etdiyini söyləyib. O, BMqT-nin və təşkilatın İspaniya nümayəndəliyinin miqrantların yeni cəmiyyətə inteqrasiyası ilə bağlı müxtəlif tədbirlər həyata keçirdiyini qeyd edib.

Komitənin şöbə müdiri Səlhət Abbasova Azərbaycanın sürətli inkişafı, ölkəmizin multikultural ənənələri və tolerantlıq mühiti haqqında ətraflı məlumat verib, Ermənistanın işğalçılıq siyasətinin ölkəmiz üçün ağır nəticələrindən danışıb. S.Abbasova İspaniyada yaşayan azərbaycanlıların bu ölkə cəmiyyətinə inteqrasiyası üçün dəstəkverici tədbirlərin təşkilinə kömək göstərilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Fondun fəaliyyəti və görülən işlərdən danışıb. O, Azərbaycanda dünyanın bir çox ölkələrindən cəlb olunmuş gənc soydaşlarımızın iştirakı ilə keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsi haqqında məlumat verib. E.Əliyev mühacir həyatı yaşayan soydaşlarımızın doğma vətənləri ilə əlaqələrinin qorunması, sosial-mədəni layihələr və s. məsələlərin həlli ilə bağlı müraciətlərinə təşkilatın davamlı dəstək verdiyini qeyd edib.

Mariya Xesus Herrera İspaniyada üç minədək azərbaycanlının yaşadığını vurğulayaraq, onların problemlərinin həllinə Diasporla İş üzrə Diaspor Komitəsi, Azərbaycanın İspaniyadakı səfirliyi və diaspor təşkilatları ilə əməkdaşlıq şəraitində kömək göstərməyə hazır olduqlarını bildirib.

Nigar Cəfərli

AZƏRTACın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.