İQTİSADİYYAT


Azərbaycan nümayəndəsi Asiya-Sakit okean İnformasiya Super Magistralı iclasında iştirak edib

Bakı, 13 avqust, AZƏRTAC

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsi üzrə İdarəetmə Komitəsinin 4-cü sessiyası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan tərəfindən virtual tədbirdə Nazirliyin nümayəndəsi Emil Əhmədov iştirak edib.

Tədbir çərçivəsində İdarəetmə Komitəsinin iclasına keçirilmiş seçkilərdə Azərbaycandan olan nümayəndə Şimali və Mərkəzi Asiya subregionundan komitə iclasına sədr müavini seçilib.

İclas zamanı dayanıqlı inkişaf erasında ASİSM layihəsinin reallaşmasına regionda həyata keçirilən, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu layihələrin (Trans-Avrasiya Super İnformasiya Magistralı – TASİM) verə biləcəyi töhfəyə dair müzakirələr aparılıb.

Həmçinin regionda rəqəmsal fərqliliyin aradan qaldırılması, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (İCDS) regional icmalı, eləcə də, ASİSM layihəsinin Baş Plan və Regional Əməkdaşlıq Çərçivəsində sənədlərin növbəti (2020-2022-ci illər üçün) yenilənməsi nəzərdən keçirilib.

Ölkələrin təqdimatı adlı sessiyada Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrasından, respublikamızın İKT sahələrində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələrlə əlaqədar görülən işlər, əldə olunan nailiyyətlərdən danışılıb. Eyni zamanda, “Azərbaycan Respublikasında informasiya və telekommunikasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, ölkəmizin 1992-ci il iyulun 31-dən üzv olduğu UNESCAP iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolunu oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.