Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regionlardakı gənclərin potensiallarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması mühüm şərtdir – MÜSAHİBƏ

Regionlardakı gənclərin potensiallarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması mühüm şərtdir – MÜSAHİBƏ

Bakı, 2 sentyabr, AZƏRTAC

“Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov təşkilatın fəaliyyəti, keçdiyi inkişaf yolu və görülən işlər barədə sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- “Femida Könüllüləri” Təşkilatının yaranmasından artıq 3 il ötür. Geridə qoyduğunuz bu illər ərzində təşkilatın keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?

- Üçillik fəaliyyət dövrü təşkilatımızın formalaşması, institusional inkişafı və əsas hədəflərinin müəyyənləşdirilməsi baxımından son dərəcə əlamətdar və məhsuldar olub. Fəaliyyətimizin ilk günündən qarşımıza aydın məqsəd qoymuşduq: Gənc hüquqşünasların ali məktəblərdə əldə etdikləri nəzəri bilikləri real iş və hüquq mühitində uğurla tətbiq etmələrinə şərait yaratmaq, onların peşəkar vərdişlərini inkişaf etdirmək, dövlətçiliyə sadiq, ictimai məsuliyyət dərk edən təşəbbüskar kadrların yetişməsinə dəstək olmaq. Qürurla deyə bilərik ki, qarşıya qoyduğumuz bu hədəflərə nail olmuşuq. “Femida Könüllüləri” könüllülük fəaliyyəti həyata keçirən təşkilat olmaqla yanaşı, gənclərin potensiallarını reallaşdırdığı, peşəkar mühitlə əlaqə quraraq təcrübə topladığı və cəmiyyətə faydalı təşəbbüslər irəli sürən geniş platformadır.

- Ötən üç il ərzində təşkilata gənc hüquqşünasların axını və qurumlarla əməkdaşlıq miqyası hansı səviyyəyə çatıb?

- Ötən müddət ərzində fəaliyyət miqyasımızı həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə genişləndirdik. Bu dövr ərzində hərəkatımıza respublika üzrə ümumilikdə 2152 gənc hüquqşünas qoşulub. Həmin gənclərin cəlb edildiyi fəaliyyətlərin sayı isə 2463-ə yüksəlib. Bu rəqəm təşkilatımızın inkişafına və formalaşdırdığımız peşəkar mühitə verilən dəyərli töhfədir. Gənclərin nəzəri biliklərini praktikaya çevirmələri məqsədilə məhkəmələrlə, ədliyyə qurumları ilə yanaşı, vəkil büroları və mediasiya təşkilatları ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Bu gün 91 dövlət və qeyri-dövlət qurumu ilə tərəfdaşlıq etməyimiz fəaliyyətimizin institusional əsaslarının nə qədər güclü olduğunu göstərir. Eyni zamanda, ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələrinin təşkilatımıza göstərdiyi yüksək etimad bizim üçün böyük motivasiya mənbəyidir.

Həyata keçirdiyimiz məqsədyönlü tədbirlər nəticəsində yay aylarında 58 regionu əhatə edən və 375 könüllüdən ibarət geniş regional şəbəkə formalaşdırılıb. Xüsusilə Naxçıvandakı, Qarabağdakı və digər bölgələrdəki gənclərin yerli dövlət və qeyri-dövlət qurumlarının işinə cəlb olunması, hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməsi qazandığımız mühüm uğurlardandır. Əminik ki, gənclərin inkişafı yalnız paytaxtla məhdudlaşmamalıdır, regionlardakı istedadlı gənclərin də öz potensiallarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması ölkənin ümumi inkişafının mühüm şərtidir.

- Könüllülər fəaliyyət göstərdiyi qurumlarda hansı zəruri bacarıqlara yiyələnirlər?

- Gənc hüquqşünasların real iş mühitinə adaptasiya olması üçün dörd əsas modul üzrə praktiki proqramlar həyata keçiririk:

Məhkəmə modulu üzrə könüllülər sənəd dövriyyəsi və məhkəmə iclaslarının təşkil olunması, həmçinin məhkəmə aparatlarının daxili iş rejimi və qaydaları ilə yaxından tanış olurlar. Onlar müxtəlif işlərin icraata qəbul edilməsi və qeydiyyata alınması kimi proseslərdə iştirak edib, reyestrlərin, məhkəmə iclası protokollarının və qərarların tərtib olunmasında bilavasitə iştirak edərək təcrübə qazanırlar. Eyni zamanda könüllülərin hakimlərin birbaşa iştirakı ilə baş tutan təlimlərdə və məhkəmə iclaslarında iştirakı vasitəsilə ədalət mühakiməsinin real həyatda necə həyata keçirildiyini əyani şəkildə müşahidə etmək imkanı yaradır. Vəkillik modulu çərçivəsində vəkil büroları ilə qurulan tərəfdaşlıq sayəsində gənclər təcrübəli vəkillərin gündəlik fəaliyyətini müşahidə edir, hüquqi yardımların göstərilməsi prosesini izləyirlər. Ədliyyə modulu çərçivəsində ədliyyə orqanlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirici tapşırıqlara cəlb edilən gənclər dövlət idarəçiliyi və hüququn tətbiqi mexanizmlərini dərindən mənimsəyirlər. Bu istiqamətdə könüllülər ədliyyə sisteminin müxtəlif qurumlarının gündəlik iş prosesi, vətəndaşlara göstərilən hüquqi xidmətlər və normativ-hüquqi aktların tətbiqi təcrübəsi ilə yaxından tanış olurlar. Mediasiya modulu çərçivəsində könüllülər alternativ uyuşmazlıqların həlli institutları ilə əməkdaşlıq çərçivəsində könüllülər tərəflər arasında danışıqların aparılması, barışıq sazişlərinin hazırlanması və mübahisələrin məhkəmədənkənar həlli yolları üzrə zəngin praktiki biliklər əldə edirlər.

– Gənc hüquqşünasların intellektual səviyyəsinin, analitik düşüncə tərzinin və peşəkar vərdişlərinin artırılması məqsədilə ötən müddətdə hansı mühüm layihə və təşəbbüslərə həyata keçirilib?

-Gənclərin təkcə nəzəri biliklərlə kifayətlənməyərək, mürəkkəb hüquqi situasiyalarda düzgün qərarlar qəbul etməsi üçün müxtəlif layihələr icra etmişik. “Femida Akademiya” layihəsi çərçivəsində könüllülər yerlərdə təşkil olunan ixtisasyönümlü təlimlər və mərkəzləşdirilmiş təlimlər olmaqla 2 növ təlimlərdə iştirak edə bilirlər. Layihədə iştirak edən gənclər peşəkar hüquqşünasların aktual mövzular üzrə təcrübələrini mənimsəyir, yeni biliklərə yiyələnir və kazusların üzərində çalışırlar. Bu da onların nəzəri biliklərinin artırılmasında mühüm rol oynayır. Hesabat dövrü ərzində 1121 hüquq tələbəsinə təlimlər keçirilmiş və onların nəzəri bilikləri real təcrübə əsasında möhkəmləndirilib. Gənclərin analitik təfəkkürünü inkişaf etdirən və böyük maraq doğuran “Legal Ring” intellektual yarışında ümumilikdə 491 könüllü mübarizə aparıb. “Breyn-rinq” və “Nə? Harada? Nə zaman?” formatında təşkil olunan bu yarışlar sağlam rəqabət mühiti yaradıb.

“Legal Meetup” layihəsi ilə könüllülərin hüquq sahəsində ixtisaslaşmış hüquqşünaslarla görüşləri təşkil edilərək onların praktiki təcrübə ilə yaxından tanış olmaları təmin edilib. Könüllülərin hüquqi-nəzəri biliklərinin artırılması və onların peşəkarların təcrübələrindən faydalanması məqsədilə start verilən bu platformaya ümumilikdə 363 könüllü iştirak edib. “Dəyirmi masa” layihəsində isə 233 gənc real kazusları müzakirə edərək hüquqi əsaslandırma bacarıqlarını artırıb. Bundan əlavə, hakim və vəkillərin iştirakı ilə məhkəmələrdə və vəkil bürolarında 526 könüllünün qatıldığı 51 təlim təşkil olunub. Həmçinin “Xarici dil klubu” layihəsi çərçivəsində Femida könüllülərinin üç ay ərzində akademik və peşəkar mühitdə xarici dillərdən daha sərbəst və effektiv istifadə bacarığını artırmaq məqsədilə məşğələlərin tədrisi həyata keçirilir. Hər buraxılış üzrə məşğələlər iştirakçıların dil bacarıqlarına uyğun olaraq danışıq, qrammatika və praktik tapşırıqlar əsasında formalaşır. Ümumilikdə, layihə çərçivəsində 64 könüllü məşğələlərə cəlb olunub.

– Təşkilatın fəaliyyət istiqamətlərindən biri olan cəmiyyətin hüquqi maarifləndirməsi sahəsində hansı işlər görülür?

- Hüquqi maarifləndirmə fəaliyyətimizin əsas sütunlarından biridir. Biz hüququ yalnız hüquqşünaslar üçün deyil, hər bir vətəndaş üçün anlaşılan və əlçatan etməyə çalışırıq. Üç il ərzində həyata keçirdiyimiz maarifləndirmə təşəbbüsləri ümumilikdə 150 mindən çox şəxsi əhatə edib. Bu məqsədlə “Gündəlik hüquq”, “Doğrusu belədir”, “Təhsilalanların hüquq bələdçisi”, “Legal English” layihələri icra olunub, həmçinin “Femida TV” və “Femida FM” platformaları vasitəsilə hüquqi mövzular 70 mindən çox auditoriyaya çatdırılıb. Bununla yanaşı, “Zəfər salnaməsi” və “Hüquqlarını dəyərləndir” düşərgələri gənclərdə vətənpərvərlik və komanda ruhunun güclənməsinə, həmçinin onların asudə vaxtının səmərəli keçməsinə xidmət edib.

- Qarşıdakı mərhələdə təşkilatın qarşısında duran hədəflər hansılardır?

- Əvvəlki dövrlərdə təşkilatın qarşısına qoyduğu əsas strateji hədəflərdən biri – hüquqşünas gənclərlə iş sahəsində uğurlu "milli model"in yaradılması və qlobal hüquq mexanizmlərini tətbiq edə bilən peşəkar şəbəkənin formalaşdırılması niyyəti artıq tam reallaşıb. Təşkilat qarşıdakı mərhələdə fəaliyyət istiqamətlərini müasir dövrün tələblərinə uyğun olaraq daha da genişləndirib təkmilləşdirməyi hədəfləyir. Həmçinin “Femida Akademiya” layihəsi klassik hüquqi mövzularla yanaşı, müasir dövrün aktual tələbləri çərçivəsində süni intellekt və rəqəmsallaşma sahələri üzrə də ixtisaslaşdırılmış təlimlərin keçirilməsini qarşıya məqsəd qoyub.Gənc hüquqşünasların peşəkar inkişafını dəstəkləmək məqsədilə yeni layihələr hazırlanır və həyata keçirilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH