ELM VƏ TƏHSİL


Azərbaycanla Tacikistan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Düşənbə, 13 oktyabr, AZƏRTAC 

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadənin bu ölkənin Milli Universitetinin rektoru Mahmadyusuf İmomzoda ilə görüşündə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Rektor Tacikistan Milli Universitetinin 1947-ci ildə təsis olunduğunu, bu təhsil ocağında 17 fakültə və 86 kafedranın fəaliyyət göstərdiyini bildirib. O, Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu söyləyib, gələcəkdə Bakı Dövlət Universiteti ilə Tacikistan Milli Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini qeyd edib.

Səfir Azərbaycanın Tacikistana dost münasibət bəslədiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı tələbələrin digər ölkələrdə təhsil proqramının formalaşdırıldığını və bu çərçivədə yüzlərlə azərbaycanlı gəncin xarici ölkələrdə təhsil aldığını diqqətə çatdırıb. Səfir ölkəmizdə müxtəlif Beynəlxalq Gənclər forumlarının keçirildiyini deyib və gələcəkdə bu tədbirlərdə tacik tələbələrin iştirakını istisna etməyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.