BDU-nun tələbələri Hərbi Qənimətlər Parkında olublar
Bakı, 5 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup tələbəsi Aprel döyüşlərinin ildönümü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, ziyarət zamanı tələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Böyük Zəfər qazandığı Vətən müharibəsi dövründə hərbi qənimət kimi düşməndən ələ keçirilmiş texnika, döyüş sursatı və digər eksponatlarla tanış olublar.
Tələbələr güclü, qüdrətli Ordumuzla sonsuz qürur duyduqlarını ifadə ediblər.