“Beşiktaş” komandası Almaniya klubunda çıxış edən futbolçunu heyətinə cəlb etməyi planlaşdırır
Bakı, 20 avqust, AZƏRTAC
Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Şalke” komandasında çıxış edən Yevgeni Konoplyankanı heyətinə cəlb etməyi planlaşdırır.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi həm klubla, həm də ukraynalı yarımmüdafiəçi ilə razılıq əldə edib. İstanbul komandasının bu transfer üçün “Şalke”yə üç milyon avro ödəyəcəyi bildirilir.
İyirmi doqquz yaşlı oyunçu ilə dördillik müqavilə imzalanacağı nəzərdə tutulur. O, “Beşiktaş”da illik 2,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, peşəkar karyerasına “Dnepr”də başlayan futbolçu 2015-ci ildə “Sevilya”ya transfer olub. Y.Konoplyanka sonradan 12 milyon avroya Almaniyanın “Şalke” komandasına keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]