Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dil xalqın ruhunun təzahürüdür

Bakı, 1 avqust, AZƏRTAC 

Dil insan həyatında təkcə ünsiyyət, təhsil, sosial inteqrasiya və inkişaf üçün bir vasitə deyil, həm də xalqların tarixinin, adət-ənənələrinin və yaddaşının saxlanc yeri kimi mühüm rol oynayır. Lakin dünyada bir sıra dillər yox olmaq təhlükəsi ilə qarşılaşıb. Bunu nəzərə alaraq BMT Baş Assambleyası 2019-cu ili “Beynəlxalq Yerli Xalqların Dilləri İli” elan edib. Bu qərarın əsas məqsədi, hər bir dilin zəngin dünya mədəniyyətinə çox dəyərli töhfə verdiyini bir daha planetimizin sakinlərinə xatırlatmaqdır. İl ərzində dünyada yerli dillərin problemlərinə həsr edilən müxtəlif tədbirlər - sərgilər, forum və diskussiyalar keçirilir. Xatırladaq ki, BMT Baş Assambleyası 1993-cü ili “Beynəlxalq Yerli Xalqlar İli”, 2008-ci ili “Beynəlxalq Dillər İli” elan etmişdi.

Linqvistikada canlı və ölü dil məfhumları məlumdur. Canlı dil insanların gündəlik ünsiyyətində işlədilən dildir. İtirilmiş dillər (еndangered languages) - yaxın zamanlarda ölü dillər siyahısına düşə biləcək dillərdir. Çoxdilli ölkələrdə insanlar arasında ünsiyyətdə əhalinin əksər hissəsinin danışdığı dildən istifadə etməyə üstünlük verilir. Bu da azsaylı xalqların, milli azlıqların ana dillərinin itirilməsinə gətirib çıxarır. Heç kəs tərəfindən istifadə edilməyən dil ölü dil hesab edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, gənc tədqiqatçı Günel Məmmədovanın “Dil xalqın ruhunun təzahürüdür: dil onun ruhu, ruh isə onun dilidir” məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır.

Mövcud dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaq. Dillərin bir çoxu öz daşıyıcılarının daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də sayca kiçik, həmçinin dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.

Yox olmaq təhlükəsi ilə üzləşən dünya dilləri atlası

UNESKO-nun “Yox olmaq təhlükəsi ilə üzləşən dünya dilləri atlası”nın məlumatına görə, hazırda Avropada təqribən 50 dilin yox olmaq təhlükəsi var. Bu atlasın tərtib edilməsində əsas məqsəd dünya dövlətlərinin, dilçi cəmiyyətlərinin, geniş oxucu kütləsinin diqqətini itirilmə təhlükəsi ilə üz-üzə qalan dillərə, o cümlədən dünyanın dil müxtəlifliyi mənzərəsinin qorunması probleminə yönəltməkdir. Atlas, həmçinin ölməkdə olan dünya dillərinin vəziyyətini və qlobal səviyyədə dil müxtəlifliyinin meyillərini izləmək üçün bir vasitədir.

2010-cu ildə Norveç hökumətinin dəstəyi ilə UNESKO tərəfindən ingilis, fransız, ispan dillərində Parisdə çapdan çıxmış atlasın baş redaktoru Kristofor Mozli, ön sözün müəllifi İrina Bokovadır. Burada müxtəlif cədvəllər, şəkillər, 29 xəritə, biblioqrafik göstəricilər öz əksini tapıb. Atlasda hər bir dilin adı, istifadə səviyyəsi və yeri göstərilib. Burada əks olunan 2500 dilin 230-u 1950-ci ildən itirilməyə başlanıb.

Atlasın elektron nəşrində hər bir dildə danışan insanların sayı, onun qorunması üçün lazımi tədbirlər, bu dillə əlaqəli həyata keçirilən layihələr barədə əlavə informasiya verilir. Həmçinin burada əks olunan məlumatlar oxucuların şərhlərinə istinad edərək mütəmadi olaraq yenilənə bilər.

Dilin canlılığını və onu təhdid edən təhlükəni qiymətləndirmə metodologiyası

Dünyada mövcud dillərin qorunması məqsədilə UNESKO-nun müraciəti əsasında 2002-2003-cü illərdə beynəlxalq ekspertlər qrupu “Dillərin canlılığı və onların itirilmə təhlükəsi” konsepsiyasını hazırlayıb. Sənəddə dillərin itirilmə təhlükəsi 9 meyar əsasında qiymətləndirilib:

-Dilin nəsildən-nəslə ötürülməsi;

-Dilin daşıyıcılarının ümumi sayı;

-Ümumi əhalinin sayına nisbətdə dilin daşıyıcılarının sayı;

-Dilin öyrənilməsi və savadlılığın artırılması üçün lazım olan tədris materiallarının mövcudluğu;

-Dilin yeni sahələrdə və KİV-də istifadəsi;

-Sənədləşdirmənin növü və keyfiyyəti;

-İcma üzvlərinin ana dilinə münasibəti;

- Dilin istifadə sahəsi;

-Dövlət siyasətinin dilə münasibəti, dilin rəsmi statusu və ondan istifadə.

Bu meyarlar ayrı-ayrılıqda hər hansı xalqın, cəmiyyətinin dilinin vəziyyəti barədə əminliklə mühakimə yürütməyə imkan vermir. Ancaq bu meyarlar birlikdə dilin canlılığı, cəmiyyətdə funksiyası, eləcə də bu dilin qorunması və ya yenidən dirçəldilməsi üçün gərəkli olan tədbirlərin xarakterini müəyyən edə bilər.

2005-ci ildə Avstraliya hökumətinin müraciətinə əsasən, həmin ölkənin Aborigenlərin və Torres Boğazı Sakinlərinin Tədqiqatı İnstitutu UNESKO tərəfindən qəbul edilmiş 9 meyar əsasında Avstraliya ərazisində yaşayan yerli xalqların dilləri barədə tədqiqat apararaq rəsmi rəy hazırlayıb. Rəydə göstərilir ki, Avstraliya ərazisində məlum olan 250 dildən yalnız 145-dən istifadə olunur. Bundan başqa, 110 dil artıq itirilmə təhlükəsi yaşayan dillərin siyahısına daxil olub. Avstraliya ərazisində yaşayan yerli xalqların dillərindən yalnız 18-i nəsildən-nəslə ötürülmə meyarı əsasında “yaşamağa davamlı” qəbul edilib. UNESKO-nun rəsmi mətbu orqanı olan “Kuryer” jurnalının 2019-cu ildə nəşr olunan ilk nömrəsi Beynəlxalq Yerli Xalqlar İlinə həsr olunub.

Yerli dillərin vəziyyəti onların daşıyıcılarının mövqeyini əks etdirir

Yerli xalqlar üçün dil yalnız müəyyən bir icmanın mənşəyinin və ya üzvlüyünün göstəricisi deyil, həm də onların etik dəyərlərinin təbliğ olunması vasitəsidir. Bu dəyərlər yerli xalqlara təbiətlə harmoniyada yaşamağa imkan verən biliklər sisteminin əsasını təşkil edir və onların yaşaması üçün çox vacibdir. 

Yerli dillərin vəziyyəti onların daşıyıcılarının mövqeyini əks etdirir. Şimali və Cənubi Amerikada müstəmləkəçiliyin ilkin dövründə olduğu kimi, hökumətlərin məqsədli şəkildə yerli dilləri məhv etdikləri, o dillərdən istifadəni qanunsuz elan etdikləri zaman-zaman müşahidə edilib. Bəzi ölkələr bu gün də ərazilərində yerli xalqların mövcudluğunu inkar edir, onların dillərini müvafiq bölgənin ləhcələrinə bərabərləşdirir və milli dillərə nisbətən onlara az əhəmiyyət verirlər ki, bu da yerli xalqların dillərinin itkisinə zəmin yaradır.

Lakin yerli xalqların dillərinin acınacaqlı vəziyyətdə olmasının ən ümdə səbəbi həmin dillərdə danışanların sayının çox sürətlə azalmasıdır.

“Kuryer”in 2019-cu il üçün birinci nömrəsində “Yerli xalqların dilləri: məlumatlar və ümidlər” adlı məqalənin müəllifi Minni Deqavan qeyd edir ki, yerli xalqlar üçün əsas təhlükə onların natural təsərrüfatına ciddi ziyan vuran iqlim dəyişməsidir. Bundan başqa, bəzi dövlətlərdə istənilən fikir ayrılığı kriminallaşdırılır, bu da yerli xalqların nümayəndələrinin hüquqlarının pozulmasının artmasına səbəb olur. Yerli xalqların nümayəndələrinin öz ərazilərini qorumağa cəsarət etdikləri üçün təzyiqlərə, həbslərə məruz qalırlar.

Yerli xalqların özünəməxsusluğu, milli-mənəvi dəyərləri onların ətraf aləmlə birbaşa əlaqəsi ilə şərtlənir. Onların dilləri bu mühitin təsiri altında formalaşır. Ətraf mühitdə baş verən hər bir dəyişiklik mədəni-kulturoloji, o cümlədən dil dəyişikliklərinə gətirib çıxarır. Məsələn, eskimosların dilində “qar”ın ifadə edilməsi üçün 50-dən çox termin var. Onların hər biri fərqli situasiyalarda istifadə olunur. Eskimoslar onlar üçün çox mühüm olan bu təbiət elementi ilə hər zaman təmasda olduqları üçün, onu hətta ən xırda detallarda araşdırıblar.

Yaxud Filippin ərazisində yaşayan iqorotlar düyünü hər bir mərhələdə - çəltik toxumunun əkilməsi, çəltiyin yığılması, emalı, o cümlədən düyü şərabının hazırlanması mərhələlərində ayrı-ayrı adlarla adlandırırlar.

Təəssüflər olsun ki, bu gün yerli xalqların dillərinin öyrənilməsinin effektivliyinin artırılmasında, o cümlədən həmin dillərin təbliğində, təşviqində yeni informasiya və kommunikasiya texnologiyalarından istifadə edilmir. Bəzi ölkələrdə yerli xalqlar milli azlıqlar kimi qəbul edilərək, ana dilləri diqqətdən kənarda saxlanılır. Məsələn, Filippin hökuməti ölkə ərazisində yaşayan yerli xalqların ana dillərinin orta məktəblərdə tədris olunmasını təşviq edir, lakin həmin şagirdlərin öz ana dillərində təhsil ala bilməsi üçün məktəbləri ixtisaslaşdırılmış müəllim kadrları, dərsliklər və digər tədris materialları ilə təmin etmir. Nəticədə uşaqlar digər dilləri öyrənir, öz ana dillərindən istifadəni isə itirirlər.

Bundan başqa, uzun illər aparılan ayrı-seçkilik nəticəsində yerli xalqlarda valideynlər öz övladlarının gələcək rifahını, sosial vəziyyətlərini düşünərək onlarla dominant dillərdə danışmaq, təhsil vermək məcburiyyətində olurlar. Yerli xalqların arasında öz ana dillərindən əsasən yaşlı insanların istifadə etdiklərini nəzərə alsaq, yeniyetmələrin və gənclərin öz doğma dillərini öyrənə bilmədikləri üçün baba və nənələri ilə ünsiyyət qura bilməmələrini təsəvvür etmək çətin olmaz.

Bu gün yerli xalqların üzləşdikləri mühüm çətinliklərdən biri də yaşlı nəslin nümayəndələri ilə gənclər arasında dialoqun olmaması səbəbindən onların həm ana dillərinin, həm əxlaq prinsiplərinin, həm də milli-mənəvi dəyərlərinin məhvolma problemi ilə üzləşməsidir.

Dilləri canlandırmaq ehtiyacı

Yerli xalqların biliklər sisteminin qlobal səviyyədə tanınaraq qəbul edilməsi sayəsində onların dillərinin şifahi və yazılı şəkildə inkişaf etdirilməsinə və geniş təbliğ olunmasına yenidən böyük ümid yaranır. 

Artıq bir çox yerli icmalar öz dillərini canlandırmaq, təbliğ etmək üçün mexanizmlər hazırlayıb. Məsələn, Yaponiyanın qədim sakinlərindən hesab olunan aynların yaratdıqları tədris sisteminə əsasən, yaşlı nəslin nümayəndələri gənclərə öz ana dillərini öyrədir.

Filippin ərazisində yaşayan müxtəlif yerli icmalarda yaradılan “Yaşayan adətlər məktəbləri” onların doğma dillərinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq