CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Bakı, 21 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birgə mayın 21-də Şəmkir şəhər Morul adına tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, 112 – “qaynar xətti”nə nə vaxt zəng etməli?” mövzularında məruzələr dinlənilib, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Toplantıda ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd edilib.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib, iştirakçılara “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.