Folklorşünas alimlər “Aşıq Ələsgər-200” yubiley medalı ilə təltif ediliblər
Bakı, 5 yanvar, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində ustad Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Milli Məclis deputatlarının və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan, bu sənətin tanıdılmasında fəal iştirak edən və uğur qazanan şəxsləri “Aşıq Ələsgər-200” yubiley medalı ilə təltif edib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, təltif olunanlar arasında Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov və institutun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, Milli Məclisin deputatı Əziz Ələkbərli də vardır.