CƏMİYYƏT


Gəncə şəhərində avtomobildən pul oğurlayan şəxs məsuliyyətə cəlb olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Gəncə şəhərində avtomobildən pul oğurlayan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 7-də Gəncə şəhəri ərazisində “Ford” markalı avtomobildən 235 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Əliyev Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.