CƏMİYYƏT


Gənclər və idman naziri beynəlxalq turnirlərdə uğur qazanmış idmançılarla görüşüb

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov noyabr ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində nazir Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar idman ustası” və “Azərbaycan Respublikasının idman ustası” fəxri adlarına layiq görülmüş idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Tədbirdə idmançıları salamlayan nazir deyib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İlin sona yaxınlaşdığını qeyd edən nazir idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onlara gələn il də böyük qələbələr arzulayıb.

Kapoeyra, sambo, avarçəkmə, kikboksinq, taekvondo, qılıncoynatma, ağır atletika, paracüdo, paraüzgüçülük, gimnastika, şahmat, yunan-Roma güləşi, bodibildinq və fitnes idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Tədbirdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.