Azərbaycan Dövlət İnformasiya Agentliyi

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru - REPORTAJ VİDEO

Bakı, 19 avqust, AZƏRTAC

Könüllülər cəmiyyətin inkişafına öz istəyi və təşəbbüsü ilə, qarşılıq gözləmədən töhfə verən şəxslərdir. Könüllülük fəaliyyəti sosial məsuliyyətin, həmrəyliyin və ictimai fəallığın formalaşmasında mühüm rol oynayır. Könüllülər müxtəlif sosial, humanitar, ekoloji, təhsil və mədəni layihələrdə iştirak edir, aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə yardım göstərir, ətraf mühitin qorunması ilə bağlı aksiyalara qoşulur, ictimai tədbirlərin təşkilinə dəstək verir və maarifləndirici layihələr həyata keçirirlər.

Könüllülük fəaliyyəti yalnız cəmiyyət üçün deyil, bu prosesdə iştirak edən şəxslər üçün də əhəmiyyətlidir. Belə fəaliyyət könüllülərin məsuliyyət hissini, ünsiyyət və təşkilatçılıq bacarıqlarını, komanda ilə işləmək qabiliyyətini inkişaf etdirir, onların ictimai həyata daha fəal qoşulmasına imkan yaradır.

Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2026-cı ili “Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli” elan edib. Bu təşəbbüs könüllülüyün dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında və cəmiyyətlərin daha fəal, həmrəy və inklüziv olmasında oynadığı rola verilən önəmin göstəricisidir.

Könüllülərin cəmiyyətin inkişafında mühüm rol oynaması onların fəaliyyətinin daha səmərəli və əlaqələndirilmiş şəkildə təşkil olunmasını zəruri edir. Azərbaycanda könüllülük fəaliyyətinin müxtəlif istiqamətlər üzrə əlaqələndirilməsi və könüllü təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi baxımından Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) xüsusi rolu var.

AKTİ Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatlarını bir araya gətirən, onların əməkdaşlığını və inkişafını dəstəkləyən, fəaliyyətlərinin əlaqələndirilməsinə töhfə verən qurumdur. İttifaqın əsas məqsədləri könüllülük hərəkatının inkişaf etdirilməsi, könüllü təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, könüllülərin bilik və bacarıqlarının artırılması, eləcə də sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək göstərilməsidir.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, AKTİ 2020-ci ildə Prezident İlham Əliyevin çağırışına əsasən təsis edilib. Onun sözlərinə görə, hazırda ittifaq 32 dövlət qurumunun könüllü təşkilatını öz çətiri altında birləşdirir.

“Azərbaycan könüllülük modeli kifayət qədər yüksək səviyyədə inkişaf etməkdədir. Könüllülərin inkişafı ittifaq tərəfindən hər zaman prioritetdir. Ümumiyyətlə, ölkəmizdə könüllü fəaliyyətinə cəlb olunan gənclər müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər. Qeyd edək ki, bir könüllü olmaq üçün gənc əvvəlcə öz potensialını və bacarıqlarını müəyyən etməli, hansı istiqamətdə faydalı ola biləcəyini araşdırmalıdır. Ölkədə kifayət qədər könüllü təşkilatları və layihələri var. Həmin sahələrə marağı olan gənclər öz istiqamətlərini müəyyənləşdirərək könüllü ola bilərlər.

Həm ölkə səviyyəsində keçirilən beynəlxalq layihələrdə könüllü kimi fəaliyyət göstərmək, həm də ittifaqa üzv olan könüllü təşkilatlarında davamlı olaraq üçaylıq proqramlarda iştirak etmək mümkündür. Gənc maraq göstərdiyi könüllü proqram və layihə üzrə qeydiyyatdan keçdikdən sonra müsahibə mərhələsinə dəvət olunur. Müsahibə zamanı özünü və məqsədini düzgün ifadə etməyi bacaran könüllü həmin layihə və proqramda iştirak hüququ qazanır. Daha sonra layihənin gedişatına və təşkilatın ümumi inkişafına uyğun olaraq öz fəaliyyətini müəyyənləşdirmək, təşkilatın ona qata biləcəyi dəyərlərdən yararlanmaq və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edir”, - deyə V.Əliyev bildirib.

“ASAN Könüllüləri” Azərbaycanda könüllülük hərəkatının inkişafına töhfə verən, xüsusilə gənclərin ictimai fəaliyyətə cəlb olunmasını dəstəkləyən təşkilatlardan biridir. 2013-cü ildə yaradılan təşkilatın əsas məqsədi könüllülərin bilik və bacarıqlarının inkişafına şərait yaratmaq, onların gələcək karyerasına və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına dəstək olmaqdır.

“ASAN Könüllüləri”, ilk növbədə, “ASAN xidmət” mərkəzlərində vətəndaşlara xidmət göstərilməsinə dəstək verirlər. Könüllülər vətəndaşların qarşılanması, elektron növbə və məlumat lövhələrindən istifadə ilə bağlı yardım göstərilməsi, xidmətlər barədə məlumatlandırma, anketlərin doldurulmasına kömək və xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək kimi fəaliyyətləri həyata keçirirlər. Bununla yanaşı, ASAN könüllülərinin fəaliyyəti yalnız xidmət mərkəzləri ilə məhdudlaşmır. Onlar təhsil, ekologiya, sosial məsuliyyət, mədəniyyət, vətənpərvərlik, dövlətçilik və şəxsi inkişaf istiqamətlərində müxtəlif layihə və tədbirlərdə iştirak edirlər.

Təşkilatın sədri Aysiman Quliyeva ölkədə fəaliyyət göstərən 28 “ASAN xidmət” mərkəzində ASAN könüllülərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təşkilat könüllülər üçün müxtəlif istiqamətləri əhatə edən 900-dən çox layihə həyata keçirib.

“Hər bir “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” təşkilatının nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəliyin məqsədi könüllüləri təşkilatla əlaqələndirməkdir. Nümayəndəlik, həmçinin müxtəlif layihələr tərtib edir. Məzun ASAN könüllüləri “ASAN Kadr” Karyera Mərkəzi vasitəsilə işə başlaya bilirlər. Müxtəlif qurumlar vakansiyalarını bizimlə bölüşür, biz isə könüllülərimizə bu barədə məlumat verir, uyğun namizədlərin CV-lərini həmin qurumlara yönləndiririk. Müsahibədən uğurla keçən ASAN könüllüləri həmin qurumda və ya şirkətdə işə başlayırlar. Bu isə ölkə daxilində ASAN könüllülərinə olan etimadın göstəricisidir”, - deyə A.Quliyeva bildirib.

7 saylı “ASAN xidmət” mərkəzinin könüllüsü Aysun Abbaszadə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün müraciət etdiyi “ASAN xidmət”də könüllülərin fəaliyyətini gördükdən sonra onların sırasına qoşulmaq qərarına gəldiyini deyib: “Könüllülərin çalışqanlığı və məsuliyyətliliyi məni cəlb etdi. Düşündüm ki, niyə mən də bu kollektivin bir parçası olmayım? Daha sonra müraciət etdim və müsahibəyə gəldim. Müsahibə uğurlu keçdi və könüllülərin üzvü oldum. Artıq bir neçə həftədir 7 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərirəm. Mərkəzə müraciət edən vətəndaşlara əlimizdən gəldiyi qədər kömək edirik. Ümid edirəm ki, onlar da xidmətdən razı qalırlar. Biz vətəndaşlara dəstək göstərməyi, onların işini asanlaşdırmağı sevirik və könüllü olmaq bizi xoşbəxt edir”.

“ASAN xidmət” mərkəzlərinə tez-tez müraciət etdiyini deyən Səbuhi Ramazanov isə könüllülərin fəaliyyətindən razı qaldığını bildirib. Onun sözlərinə görə, könüllülər vətəndaşlara peşəkar şəkildə yardım göstərirlər: “ASAN xidmət”in əsas məqsədlərindən biri vətəndaşlara daha sürətli xidmət göstərməkdir və bu sahədə könüllülərin rolu əvəzsizdir. Bu, bizə zamana qənaət etməyə də kömək edir”.

Könüllülük yalnız dövlət xidmətlərinə dəstək göstərməklə məhdudlaşmır. Gənclər müxtəlif sosial və ictimai layihələrdə də fəal iştirak edə bilirlər. Bu baxımdan tələbələrin könüllülük fəaliyyətinə cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Tələbə gənclərin təşəbbüslərini və ictimai fəallığını dəstəkləyən təşkilatlardan biri də “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyidir.

Təşkilat çərçivəsində tələbələr üçün təlim və seminarlar, sosial və mədəni layihələr, intellektual yarışlar, könüllülük proqramları və müxtəlif tədbirlər təşkil olunur. Bu fəaliyyətlər tələbələrin yeni bilik və bacarıqlar əldə etməsinə, komanda ilə işləmək, ünsiyyət və liderlik qabiliyyətlərini inkişaf etdirməsinə imkan yaradır.

Təşkilatın əsas xüsusiyyətlərindən biri tələbəyönümlü fəaliyyət göstərməsidir. Könüllülər müxtəlif tədbirlərin təşkilində və keçirilməsində iştirak etməklə yanaşı, sosial layihələrə və ictimai təşəbbüslərə dəstək verirlər. Bununla da tələbələrin universitet həyatı ilə yanaşı, ictimai həyatda da fəal iştirakına şərait yaradılır.

Azərbaycanın könüllülərə yüksək səviyyədə qayğı və diqqət göstərən ölkələrdən olduğunu bildirən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədr müavini Rufiz Qulizadə qeyd edib ki, təşkilatlar öz layihələrini dövlət qurumlarından və özəl şirkətlərdən əldə etdikləri qrantlar hesabına həyata keçirirlər.

“Bizim təşkilatımız da bu illər ərzində istər dövlət qurumlarından, istərsə də özəl şirkətlərdən aldığı qrantlar hesabına müxtəlif gənclər forumları həyata keçirib. Həmçinin könüllü gənclərimiz öz layihələri ilə dövlət qurumlarının qrantlarına müraciət edərək layihələrini reallaşdıra bilirlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, bunlar sadəcə yerli, lokal layihələr deyil. Dövlətimiz bizə şərait yaradır ki, beynəlxalq layihələr çərçivəsində də qrantlara müraciət edək və həmin imkanlar vasitəsilə layihələrimizi istər türk dövlətlərində, istərsə də daha geniş beynəlxalq sferada həyata keçirək.

Fəaliyyət istiqamətlərimizdən asılı olmayaraq, biz hər zaman müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik. İstər özəl, istərsə də dövlət qurumları könüllülərlə çalışmağa böyük maraq göstərirlər. Gənclərlə işləmək, gələcəyin işçilərini və peşəkarlarını tanımaq onlar üçün də maraqlıdır. Eyni zamanda, bu, gənclərimiz üçün böyük imkandır. Onlar dövlət və özəl qurumların iş prinsiplərini öyrənir, fəaliyyət istiqamətləri ilə tanış olur və gələcəkdə əmək bazarına daha rahat və çevik şəkildə daxil ola bilirlər”, - deyə R.Qulizadə bildirib.

Bir ildir “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyində könüllü kimi fəaliyyət göstərən Ülvi Məmmədli isə təşkilatın ilk layihəsinə qoşularkən bu fəaliyyətin onun üçün uzunmüddətli olacağını düşünmədiyini deyib: “Təşkilata qoşulduqdan sonra yeni dostlar qazandım, komanda ilə işləmək bacarığım formalaşdı və liderlik qabiliyyətim üzə çıxdı. Düşünürəm ki, bu gün “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi ən uğurlu tələbə təşkilatlarından biridir”.

Könüllülük yalnız başqalarına yardım etmək deyil, eyni zamanda, cəmiyyətin inkişafına töhfə verməkdir. Azərbaycanda könüllülük hərəkatının genişlənməsi gənclərin ictimai həyatda daha fəal iştirakına yeni imkanlar yaradır. Görünən odur ki, könüllülər yalnız bu günün sosial təşəbbüslərində deyil, gələcəyin daha həmrəy, fəal və məsuliyyətli cəmiyyətinin formalaşmasında da mühüm rol oynayırlar. Könüllülük fərdi seçimdir, lakin bu seçim cəmiyyət üçün böyük dəyişikliklərə yol aça bilər.

Müxbirlər – Sevinc Şirinova, Göyçək Mahmudlu
Videooperator – Ələkbər Baxşiyev
Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru -  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə